Dünya Bankı Azərbaycanda ÜDM-in real artımı ilə bağlı proqnozlarını açıqladı

img

2022 və 2023-cü illərdə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) real artımı müvafiq olaraq 3,1 və 2,7 faiz təşkil edəcək. Trend-in məlumatına görə, bu barədə Dünya Bankının hesabatında deyilir.

Qeyd edək ki, bankın iyun hesabatında bu proqnozlar müvafiq olaraq 3,9 və 3,6 faiz səviyyəsində idi.

Hesabata əsasən, 2021-ci ildə Azərbaycanın ÜDM-i 5 faiz artıb. 2020-ci ildə isə bu göstərici 4,3 faiz azalma nümayiş etdirmişdi.

Qeyd olunur ki, Azərbaycanın iqtisadi artımı 2010-2019-cu illərin orta göstəricisindən yüksək qalır. Bu, əsasən qeyri-enerji sektorunun inkişafı, investisiyaların artımı və enerji sektorunun OPEC+ kvotalarına uyğun stabil artımı, eləcə də təbii qaz daha yüksək hasilat səviyyəsi sayəsində mümkün olub.

Son xəbərlər