Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Azərbaycan Avropa enerji bazarında sabitliyi təmin edə biləcək əsas partnyor kimi qəbul edildi

Image


Avropa qaz bazarında son vəziyyətin təhlili burada qiymətlər baxımından hələ də qeyri-sabit durumun formalaşdığını göstərir. Bir neçə gün əvvəl 2100 dollara qalxan qazın qiyməti indi 1200 dollar ətrafında sabitləşib. Lakin bu da müvəqqəti hesab olunur. Yeraltı qaz anbarlarından istifadə səviyyəsinin artması fonunda qiymətlərin yenidən yüksəlməsi gözlənilir.

Bu vəziyyətdə Avropa üçün maraq doğuran məsələ qaz bazarında etibarlı təchizata və qiymət sabitliyinə nail olmaqdır. Slovakiya İxracatçılar Şurasının baş eksperti Yozef Hrabina bu xüsusda bildirir ki, Xəzər regionundan qaz tədarükü Avropa İttifaqındakı (Aİ) enerji bazarının dayanıqlı olmasına təkan verə bilər. O, bunu son vaxtlar Qərb ilə Rusiya arasında artan gərginlik nəticəsində Aİ qaz bazarının şaxələndirilməsinin daha mühüm əhəmiyyət kəsb etməyə başlaması ilə əlaqələndirib: "Bununla yanaşı hazırda yaşıl transformasiya planları çərçivəsində kömür əvəzinə ətraf mühiti az kirləyən qaz və digər enerji mənbələrinin tətbiqi də sözügedən məsələ baxımından mühüm əhəmiyyət daşıyır". Ekspert “report”a açıqlamasında qeyd edir ki, Avropa İttifaqı bazarına çıxarılan Azərbaycan qazı o qədər çox olmasa belə, Aİ-də qaz istehlakının azaldığı dövrlərdə strateji ehtiyatlar yaradılacağı təqdirdə regionun enerji sarıdan daha dayanıqlı olmasına təkan verəcək. Hrabina Azərbaycanı İtaliyanın cənub bölgəsinə bağlayan qaz kəmərləri silsiləsindən ibarət “Cənubi Qaz Dəhlizi” ilə hər il Avropaya 10 milyard kubmetr qaz ixracının nəzərdə tutulduğunu xatırladıb. Hələlik alternativ mənbələrdən Avropaya qaz tədarükünün regionda Rusiya qazının mövqeyinə böyük təsir etmədiyini qeyd edən ekspert, bununla belə, alternativ nəql marşrutların və mənbələrin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.”Transadriatik” boru kəməri (TAP) konsorsiumunun icraçı direktoru Luka Skyeppati də Azərbaycan qazının Avropa üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır: “Dekabrın birinci həftəsində qeydə alınan göstərici nəzərə alınmaqla bu ilin sonuna kimi TAP vasitəsilə nəqlin həcmi 7,8 milyard kubmetrədək çata bilər. Qaz nəqlinin yekun həcmi daşıyıcılar tərəfindən TAP-a edilən müraciətlərdən asılı olacaq. TAP şirkəti 2021-ci il boyunca etibarlı nəql xidmətləri göstərib. Dekabrın əvvəlindək TAP Azərbaycandan Avropaya 7 milyard kubmetrədək qaz nəql edib. Tədarük mənbələrini şaxələndirməklə, TAP bir sıra Avropa qaz bazarlarının likvidliyini artırıb. TAP vasitəsilə nəql olunan qaz, həmçinin İtaliyanın PSV və Niderlandın TTF etalon qaz qiymətləri arasında fərqin azalmasına kömək etdi. TAP olmasa idi, yəqin ki, İtaliyada qaz qiymətləri daha yüksək olardı". Skyeppati bildirib ki, TAP-ın buraxılış gücü mərhələli şəkildə artırıla bilər: "TAP-ın genişləndirilməsi potensialı bazara müntəzəm bazar sınaqları vasitəsilə təqdim olunur. Bazar sınaqları daşıyıcıların TAP-ın uzunmüddətli güclərinə çıxış imkanı əldə edə biləcəyi tənzimlənən prosesdir. Qaz kəmərinin nəql gücü ildə 20 milyard kubmetrədək artırıla bilər. Nəql gücünün artırılması müddətləri bazar sınaqlarından sonra qəbul ediləcək texniki qərarlardan və təqdim olunacaq faktiki gücdən asılı olacaq. TAP 2020-ci il noyabrın 15-dən etibarən kommersiya əməliyyatlarının başlamasından bəri ildə 10 milyard kubmetr səviyyəsində tam gücü ilə işləyir.TAP-ın buraxılış gücünün ildə 20 milyard kubmetrə çatdırılması üçün iki əlavə kompressor stansiyası inşa etmək lazım olacaq. Yeni stansiyalar Yunanıstanın Serres və Albaniyanın Bilişt qəsəbələrində lazım olacaq. undan başqa, Yunanıstanın Kipoi və Albaniyanın Fiere şəhərlərindəki mövcud kompressor stansiyalarında əlavə kompressorlar və avadanlıqlar quraşdırmaq lazım olacaq. TAP-ın genişləndirilməsi əlavə boru kəmərlərinin çəkilməsini tələb etmir".Skyeppatinin sözlərinə görə, hidrogen nəqli imkanlarının yekun qiymətləndirməsinin nəticələri göstərir ki, TAP gələcəkdə hidrogen qarışığının nəqli üçün potensiala malikdir: "Araşdırmaların nəticələrinə əsasən, TAP ilkin olaraq 10 faizlik hidrogen qarışığının nəqlini hədəfləyə bilər. Faiz tərkibinin istənilən artımı gələcək tədqiqatlardan və işlərdən, eləcə də normativ dəyişikliklərdən asılı olacaq. TAP-a ilk hidrogenin daxil edilməsi bir sıra amillərdən, xüsusən də qanunverciliyə dəyişikliklərdən, həmçinin hidrogen bazarının inkişafından asılı olacaq".

Bütün bunlar Azərbaycanın neft-qaz strategiyasının müsbət nəticələrini verdiyini sübut edir. Yaranmış vəziyyətdə Avropa onu da görür ki, Azərbaycan son zamanlar dünyada təbii qazın qiymətinin hər min kubmetrə görə iki min dolları keçdiyi halda özünü fürsətçil deyil, etibarlı partnyor kimi aparır. Bundan başqa,  Azərbaycan və Türkmənistan arasında “Dostluq” yatağının istismarı, həmçinin Azərbaycan-İran-Türkmənistan arasında təbii qaz üzrə svop razılaşma ölkəmizin hələ uzun müddət təkcə enerji istehsalçısı deyil, həm də ixracat, tranzit və emal sahəsində mühüm rol oynayacağını göstərir. Məhz bu vəziyyətdə Avropa Azərbaycanla enerji əməkdaşlığını daha da dərinləşdirməkdə maraqlıdır.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ