Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Manat region ölkələrini dollar-avro asılılığından xilas edəcək

Image


Məlum olduğu kimi, bu günlərdə Azərbaycan manatı və Birləşmiş Ərəb Əmirlikləri dirhəmi Türkiyə Mərkəzi Bankı tərəfindən “Ticarətə aid xarici valyutalar” siyahısına əlavə edilib. Bu qərarla TMB Türkiyə Mərkəzi Bankı tərəfindən həyata keçirilən maliyyə əməliyyatlarında manat və dirhəm alqı-satqısına yol açılıb.

Ekspertlər isə bildirir ki. əslində, Türkiyə Mərkəzi Bankının məlum qərarından sonra manatın regional valyutaya çevrilmə şansı da əhəmiyyətli dərəcədə yüksəlib. Məsələ burasındadır ki, Azərbaycan manatı Türkiyə ilə yanaşı qonşu İran və Gürcüstanda da geniş istifadə edilir. İndi Türkiyə Mərkəzi Bankının bu addımından sonra İran və Gürcüstan Türkiyə ilə ticarət əməliyyatlarını manatla apara bilər. Bu da həmin ölkələrin dollar və avrodan asılılığının aradan qalxması üçün mühüm önəm kəsb edir. Çünki manatı əldə etmək və onu Türkiyə ilə ticarətdə istifadə edə bilmək üçün əlverişli şərait yaranıb. Bunu türkiyəli professor Mehmet Yücenin açıqlamaları da təsdiq edir. O, “axar.az” portalına bildirir ki, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı Azərbaycan manatını ticarətdə istifadə edilən və konvertasiya olunan valyutalar siyahısına daxil edərək, konvertasiya imkanı yaradıb: “Konvertasiyaya gəldikdə isə, bu, ümumiyyətlə, istənilən valyutanın başqa valyutaya dəyişdirilə biləcəyini göstərir. Konvertasiya əməliyyatları məzənnə adlanır və öncədən nəzərdə tutulan tədbirlər çərçivəsində həyata keçirilir. Lakin bu qərarda əsas nəzərdə tutulan məsələ valyutanın başqa ölkələrdə məqbul olması deyil. Bunu örnəklə izah etmək istəyirəm. Məsələn, Türkiyədə Azərbaycan manatı ilə ödəniş etmək istəyəndə, satıcı pulu qəbul etmir. Bunun səbəbi pulun konvertasiya olunmamağı deyil. Səbəb həmin valyutanın ehtiyat bir valyuta kimi qəbul olunub-olunmamasıdır. Sözügedən qərarla isə Azərbaycan manatı da Türkiyə Mərkəzi Bankı tərəfindən ehtiyat valyuta kimi qəbul olunacaq. Yəni hər hansı bir firma beynəlxalq ticarət əməliyyatlarında manatla hesab-faktura verə biləcək. Əvvəllər manat sərbəst bazarda satıla bilərdi və məzənnə bazar şəraitində dollar pariteti nəzərə alınmaqla çarpaz məzənnə ilə müəyyən edilirdi. Manatın Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının ticarət etdiyi valyuta hovuzuna daxil edilməsi ilə onun pariteti artıq Mərkəzi Bank tərəfindən müəyyən ediləcək və ehtiyat valyuta kimi qəbul ediləcək”. Ekspert qeyd edir ki, əslində qərarın bir neçə mənası var: “Bu o deməkdir ki, iki ölkə arasında ticarət dövriyyəsi artıb. Manatın ehtiyat pul kimi qəbul edilməsi kommersiya fəaliyyətinin daha da asanlaşması ilə nəticələnəcək. Bu qədər əməliyyatları indi manatla rəsmiləşdirmək olar. Bu vəziyyət gələcəkdə ticarət əməliyyatlarının milli valyutalarımızla aparılması ilə nəticələnə bilər və tədricən dünyada xarici ticarətdə ödəniş vasitəsi kimi görülən dollar və avrodan asılılıq azalar. Yaxın gələcəkdə isə bir çox ölkənin bu sistemə qoşulması ilə yeni ödəniş sistemi yaranacaq. Digər nəticə ondan ibarətdir ki, əmanətçilərin əmanətlərini dollardan başqa ehtiyat valyutada yatırma və istifadə etmə şansı olacaq. Bu, Türkiyədə və Azərbaycanda dollara tələbin azalmasına səbəb olacaq. Yekun olaraq deyə bilərəm ki, belə qərarlarla dollara tələb digər alternativlər yaratmaqla balanslaşdırılır”.

Hadisələrin indiki inkişaf axarı isə bu qənaətə gəlməyə əsas verir ki, manat yaxın tezlikdə artıq regional valyutaya çevrilə bilər. Çünki qonşu ölkələr manatla Azərbaycanla ticarət etməkdə maraqlı tərəf qismində çıxış edirlər. Hazırda Azərbaycanın malik olduğu valyuta rezervləri və beynəlxalq bazarlarda vəziyyət ölkədə makroiqtisadi sabitliyi təmin etməyə imkan verir. Bu baxımdan manatın məzənnəsini bundan sonra da sabit saxlamaq üçün bütün imkanlar var. Elə bu da manatla ticarətə marağın artmasına rəvac verən amillərdən sayılır. Digər tərəfdən burada nəzərə almaq lazımdır ki, Azərbaycanın qonşuluğunda yerləşən Rusiya, Türkiyə, İran kimi ölkələr getdikcə dollardan imtina edir. Məlumata görə, Türkiyədən başqa, İran da Azərbaycanla ticarəti milli valyutalar üzərindən həyata keçirmək üçün aktiv iş aparır. Eyni sözləri Rusiya barəsində də demək mümkündür. Azərbaycanın həmin ölkələrlə böyük ticarət əlaqələri var. Hesab edilir ki, bu ölkələrlə ticarət milli valyutalar üzərindən həyata keçirilsə, manat regional valyutaya çevrilə bilər. Çünki rubl, lirə və riala nisbətən manatın məzənnəsi sabitdir. Bu səbəbdən özəl sektor üçün də ticarəti manat üzərindən həyata keçirmək daha sərfəli sayılır. Onu da bildirək ki, dünya ticarətində milli valyutalardan istifadəyə maraq getdikcə artır. Məsələn, məlumdur ki, Avropa İttifaqı ilə də ticarət əlaqələrində milli valyutalardan, ilk növbədə avrodan istifadə həcminin artması gözlənir. Xatırladaq ki, Avropa İttifaqı dünyada ən iri neft və qaz idxalçısıdır. Ancaq bu sahə üzrə Avropa müqavilələrinin yalnız 30%-i avroda həyata keçirilir. ABŞ dolları, Avropa Komissiyasının hesabatına görə, neft, qaz və kömür idxalı zamanı haqq-hesabda əsas valyuta olaraq qalır. Bu durumda Avropa Komissiyası enerji daşıyıcılarının təchizatı üzrə müqavilələrdə avronun rolunu gücləndirmək üçün artıq hərəkətə keçib. Avropa Komissiyası qeyd edir ki, energetika ilə bağlı müqavilələrdə dolların üstünlük təşkil etməsi valyuta kurslarının dəyişməsinə görə Avropa şirkətlərini risqlərə məruz qoyur. Məhz bu şəraitdə Avropa İttifaqı artıq Rusiya ilə enerji sazişlərini avro ilə bağlayır. Perspektivdə analoji addımların Azərbaycanla da münasibətdə atılması istisna olunmur. Bütün bunlar bir daha göstərir ki, manata dünya miqyasında maraq artacaq.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ