Cümə günü, 27 noyabr 2026
     

Lirənin yeni antirekordları Azərbaycandan da Türkiyəyə məhsul sifarişlərini kəskin artırdı

Image


İnternet üzərindən Azərbaycandan Türliyəyə sifariş edilən məhsulların həcmində ciddi artım qeydə alınır. Buna səbəb Türkiyə milli valyutası olan lirənin kəskin şəkildə ucuzlaşmasının davam etməsi, türk məhsullarının daha ucuz başa gəlməsidir.

Maraqlıdır ki, lirənin kəskin ucuzlaşdığı bir vaxtda Türkiyə Mərkəzi Bankının son addımı bu prosesi daha sürətli hala gətirib. Belə ki, Türkiyə Mərkəzi Bankının Pul Siyasəti Komitəsinin iclasında uçot dərəcəsi daha 1 faiz bəndi azaldılaraq 15%-dən 14%-ə endirilib. Uçot dərəcəsi ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilir. İnflyasiya səviyyəsi yüksəlirsə, Mərkəzi Bank uçot dərəcəsini yüksəldir və əksinə, inflyasiya səviyyəsi endikcə, uçot dərəcəsi də endirilir. Amma Türkiyədə hələ  ki, iqtisadiyyatın bu qaydasına əməl edilmir. Xatırladaq ki, uçot dərəcəsi TMB-nin ötən il dekabrın 24-də keçirilmiş iclasında 15 %-dən 17 %-ə qaldırılmış, bu il fevralın 18-də keçirilən iclasında sabit saxlanılmış, martın 18-i keçirilmiş iclasında 17 %-dən 19 %-ə qaldırılmış, sentyabrın 23-də keçirilmiş iclasında 19 %-dən 18 %-ə, oktyabrın 21-də keçirilmiş iclasında isə 18 %-dən 16 %-ə, noyabrın 18-də keçirilmiş iclasında 16 %-dən 15 %-ə endirilmişdi. Bundan sonra uçot dərəcəsinin daha 1 faiz bəndi azaldılaraq 14%-ə endirilməsi barədə qərar qəbul olunub. Qeyd edilənlər fonunda Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi dekabrın 17-də daha 5,6% azalaraq 0,1084 manat səviyyəsinə enib ki, bu da yeni tarixi minimumdur. İndi 1 manat 9,2251 lirəyə çatıb.  Hesablamalara görə, lirənin manata qarşı məzənnəsi son bir ayda 33,5%, ilin əvvəlindən isə 2,1 dəfə azalıb. Lirə ilin əvvəlindən dollara qarşı da dəyərini kəskin itirib. Artıq hazırda 1 dollar 15,72, avro isə 17,82 lirəyə çatıb. Mill valyutanın dəyərsizləşməsi fonunda hökümət ölkədə gələn il üçün minimum əməkhaqqını 50,4% artıraraq 2 826 lirədən 4 250 lirəyə çatdırıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu xüsusda bildirib: "2022-ci ildə minimum əmək haqqının ən aşağı rəqəmi 4250 lirə olacaq. Bu rəqəm işçinin evli olub-olmamasından və uşaqlarının sayından asılı olaraq dəyişəcək. Minimum əmək haqqı 50 faiz artıb". Bununla belə bir çox aparıcı iqtisadçılar bu fonda lirənin zəifləməsini artan inflyasiyanı daha da şiddətləndirərək 30%-dən yuxarı qaldıracağını düşünür. Xatırladaq ki, noyabrda Türkiyədə illik inflyasiya 21,31% təşkil edib.

Qeyd edək ki, geniş tənqidlərə, monetar siyasətin istiqamətinin dəyişilməsi və uçot dərəcəsinin yüksəldilməsi istəklərinə baxmayaraq, Rəcəb Tayyib Ərdoğan faiz azalmalarını müdafiə edib və "iqtisadi müstəqillik müharibəsində" qalib gələcəyinə söz verib. Lirənin ucuzlaşması Türkiyənin ixracına müəyyən qədər müsbət təsir göstərir. Lakin bu, ölkədə istehsalı bahalaşdırır. Çünki Türkiyənin əsas istehsal sahələri önəmli ölçüdə idxaldan asılıdır. Lirə nə qədər ucuzlaşsa, idxal bahalaşır və xərclər artır. Bu da daxildə inflyasiya yaradır. Bu arada isə Türkiyədə milli valyutanın dollarla müqayisədə kəskin dəyər itirməsi qonşu ölkələrdən turistlərin və ucuz mal dalınca gedənlərin bu ölkəyə axın etməsinə səbəb olub. Məsələn, Türkiyə mediası yazır ki, bu günlərdə Van şəhəri iranlı turistlərlə dolub-daşır. Onlar lirənin ucuzlaşmasını fürsət bilərək gen-bol əylənirlər, ucuz qiymətə yerli malları alıb daşıyırlar. Bildirilir ki, bu günlərdə Van otelləri tamamilə iranlı turistlər tərəfindən tutulub. Van Otelçilər və Turizmçilər Dərnəyinin idarə heyətinin rəhbəri Yunus Yüksel deyib ki, iranlı turistlər 10 dollara oteldə qala, cəmi 2 dollara isə yemək yeyə bilirlər. Bundan əvvəl də iranlı turistlər Yeni İl bayramı günlərində əylənmək üçün Vana axın edərdilər, amma bu il onların axını bayramdan daha əvvəl başlayıb. Üstəlik, otellər Yeni İl bayramı günləri üçün tamamilə tutulub, bir dənə də boş yer qalmayıb. Yunus Yüksel deyib ki, iranlı turistlərin axını ilə Vanda ciddi canlanma yaranıb, yerli ticarətçilər bundan məmnundur və daha çox alver edə bilirlər. Yükselin sözlərinə görə, daha əvvəl 4500 İran tüməni 1 lirəyə bərabər idi, indi isə 1 lirə 2200 tümənə yaxındır. Bu da iranlılar üçün Türkiyədə daha çox alış-veriş etmək, otellərdə daha ucuz qalmaq imkanı yaradır. Türkiyənin Bolqarıstanla sərhəd Ədirnə şəhərində də bu günlərdə canlanma hökm sürür. Çünki bolqarlar ucuz türk mallarını almaq, alış-veriş etmək üçün kütləvi şəkildə bu şəhərə axın edirlər. Ədirnə otelləri də Van otelləri kimi tamamilə dolub, şəhərə axın edən bolqarlar deyirlər ki, gətirdikləri 1000 avronu lirəyə dəyişdirməklə həm bir neçə gün gəzib-dolaşa, həm özləri və yaxınları üçün yeni il alış-verişi edə bilirlər. Xatırladaq ki, bundan əvvəl Türkiyə mediası azərbaycanlıların Naxçıvan üzərindən İğdıra axın etdiklərini, orada manat ifadəsində xeyli ucuzlaşan malları alıb daşıdıqlarını yazmışdı. Bunan başqa internet üzəindən də Azərbaycandan Türkiyəyə sifariş edilən məhsulların həcmində ciddi artım qeydə alınır. Amma onu da qeyd edək ki, son dönəmdə onlayn ticarət məhsullarının dəyəri yüksəlir. Yəni satışı həyata keçirən Türkiyədəki şirkətlər dolların kursuna uyğunlaşırlar. Dollar bahalaşdıqca ölkədaxili inflyasiya baş verir və bir sıra məhsulların qiymətləri də qalxır.  Bununla belə, Türkiyə Azərbaycanın ixracında, idxalında ilk sıralarda dayanan ölkələrdəndir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ