Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Azərbaycana neft-qaz sahəsindən başqa digər istiqamətlərdə daxil olan valyutaların həcmi artır

Image


Neft, qaz satışı, qeyri-neft sektoru üzrə ixrac artımı Azərbaycana daxil olan xarici valyutanın həcmində ciddi artımla müşayiət edilir. Lakin ölkəyə digər istiqamətlər üzrə daxil olan valyutanın miqdarında da ciddi artım qeydə alınır.

Bu haqda danışmazdan öncə qeyd edək ki, Mərkəzi Bank xarici ölkələrdən Azərbaycana və Azərbaycandan digər ölkələrə göndərilən pul baratlarını araşdıraraq göstəriciləri açıqlayıb. Rəsmi rəqəmlərdən aydın olur ki, bu ilin ilk üç rübü ərzində xarici ölkələrdən Azərbaycana 772 milyon dollar pul göndərilib. Ötən ilin eyni dövründə həmin göstərici 682 milyon dollar olub. Deməli, ötən illə müqayisədə Azərbaycandakı insanlara göndərilən pulun həcmi 90 milyon dollar və ya 13 faizdən çox artıb. Bu fonda Rusiya ilə bağlı məqamlar xüsusi diqqət çəkir. Belə ki, 2021-ci ildə xarici ölkələrdən Azərbaycana göndərilən vəsaitin 53 faizi məhz Rusiyanın payına düşür. Rusiyadan Azərbaycana hər ay rəsmi kanallarla ortalama 45 milyon dollardan çox pul göndərilir. Azərbaycana göndərilən pulun həcminə görə ikinci və üçüncü yerləri Türkiyə və ABŞ tutur. Türkiyə ötən ilə nəzərən bu il ən çox artım qeydə alınan ölkələrdən biridir. Əgər 2020-ci ilin 9 ayı ərzində Türkiyədən Azərbaycana 56 milyon dollara yaxın pul göndərilmişdisə, bu il həmin göstərici 80 milyon dollar civarındadır. Bu, bir il içində digər ölkələrlə müqayisədə yüksək artım tempidir və 50 faizə yaxın artım deməkdir. ABŞ-dan gözndərilən pulun miqdarı isə 47 milyon dollara çatır. Azərbaycana göndərilən pullarda olduğu kimi, Azərbaycandan digər ölkələrə göndərilən pulların məbləğinə görə də ilk iki yeri Rusiya və Türkiyə tutur. Amma Azərbaycandan kənara göndərişlərin həcminə görə birinci yerdə Rusiya yox, Türkiyədir. Bu il ərzində Azərbaycandan xarici ölkələrə toplam 402 milyon dollar göndərilib. Bu, ötən illə müqayisədə cəmi 20 milyon artım deməkdir. Həmin 402 milyon dolların 193 milyon dolları Türkiyə və Rusiyanın payına düşür. Bu ilin ilk üç rübü ərzində pulköçürmə sistemləri ilə Azərbaycandan xaricə göndərilən pulların 26.8 faizi Türkiyəyə gedib. Növbəti yerləri Rusiya (21.2 faiz) və Gürcüstan (15.2 faiz) tutur. Amma ölkəyə göndərilən və ölkədən göndərilən pulun miqdarına nəzər saldıqda 370 milyon dollar müsbət saldonun olduğu görünür.

Tədiyyə balansı ilə bağlı göstəricilərdən aydın olur ki, bu ilin ilk 9 ayı ərzində ilkin gəlirlər balansının kəsir hissəsində artım qeydə alınıb. İlkin gəlirlər balansının kəsiri 800 milyon dollardan 1 milyard 65 milyon dollara yüksəlib. Bunun əsas səbəbi xarici neft-qaz şirkətlərinin ölkədən repatriasiya etdiyi vəsaitin artmasıdır. Həmin şirkətlər ötən il ölkədən 1 milyard 473 milyon dollar çıxarmışdısa, bu il həmin göstərici 1 milyard 927 milyon dollar olub. Düzdür, Azərbaycan rezidentlərinin xaricdən əldə etdiyi faiz və mənfəətin də həcmi artıb. Əgər ötən il Azərbaycana bu biçimdə 1 milyard 163 milyon dollar daxil olmuşdusa, bu il həmin göstərici 1 milyard 315 milyon dollar olub. Azərbaycana daxil olan belə vəsaitlərin əsas hissəsi birbaşa investisiyalardan və qiymətli kağızlar portfelindən gəlirlərdir. Bu vəsaitin də əsas hissəsi SOCAR və Dövlət Neft Fondu vasitəsilə ölkəyə gəlib. Bu ilin 9 ayında Azərbaycan iqtisadiyyatına xaricdən birbaşa 3 milyard 665 milyon dollar investisiya cəlb edilib. Bu, ötən illə müqayisədə 274 milyon dollar daha çoxdur. Azərbaycana ən çox investisiya yatıran ölkə, hər zaman olduğu kimi, Böyük Britaniyadır. 2021-ci ildə Azərbaycana yatırılan xarici investisiyanın üçdə birindən də çox bölümü təkcə Böyük Britaniyanın payına düşüb (33.7 faiz). Türkiyə (14.5 faiz) və Amerika Birləşmiş Ştatları da (11.2 faiz) Azərbaycana yatırılan investisiyanın həcminə görə seçilir. Maraqlıdır ki, Azərbaycanın da ən çox investisiya yatırdığı ölkə elə Britaniyadır. 2021-ci ilin 9 ayı ərzində Azərbaycandan xarici ölkələrə toplam 501 milyon dollar birbaşa investisiya yatırılıb. Həmin vəsaitin beşdə biri, yəni 107 milyon dolları Böyük Britaniyaya gedib. Onu da qeyd etmək lazımdır ki, 2020-ci ilin ilk 9 ayında Azərbaycandan xarici ölkələrə yatırılan investisiyaların məbləği 877 milyon dollar, yəni indiki göstəricidən 376 milyon dollar daha çox olub. Ötən illə müqayisədə bu il Azərbaycandan Türkiyəyə 25 milyon dollar, Monteneqroya 78 milyon dollar, Rusiyaya 79 milyon dollar, Amerika Birləşmiş Ştatlarına isə 111 milyon dollardan daha az investisiya yatırılıb. Əvəzində Böyük Britaniyaya yatırılan vəsait 14 milyon dollar, Gürcüstana yatırılan investisiyalarsa 30 milyon dollara yaxın artıb. Ölkəyə gələn və ölkədən gedən investiya həcmində fərq də müsbət saldo olduğunu göstərir. Bütün bunlar digər istiqamətlər üzrə Azərbaycana daxil olan xarici valyutanın miqdarında artım olduğunu üzə çıxarır. Bu da Azərbaycanda maliyyə dayanıqlığı və milli valyutanın məzənnəsində sabitliyi şərtləndirən əsas məqamlar sırasında yer alır. Digər tərəfdən, Azərbaycan iqtisadiyyatında real durum, xarici valyutalara tələb səviyyəsi, eləcə də xarici ticarətlə bağlı vəziyyət və digər amillər manatın məzənnəsinin sabit və dayanıqlı olmasını şərtləndirir. Xarici ticarətdə müsbət saldo, dünya enerji bazarında mövcud qiymətlər, ölkəmizin malik olduğu valyuta ehtiyatları manatın bundan sonra da uzun müddət sabitliyini təmin edəcək.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 13:03
İctimai qaydanın kobud şəkildə pozulmasına görə 37 nəfər həbs edildi

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ