Bazar günü günü, 16 avqust 2026
     

Azərbaycan iqtisadiyyatı sürətli artım mərhələsinə daxil olub, qeyri-neft sektoru yenə öndə…

Image


Azərbaycanda dövlət tərəfindən atılan addımlar fonunda ölkə iqtisadiyyatında yenidən sürətli artım dinamikasının qeydə alınması müşahidə edilir. Bunun nəticəsidr ki, cari ilin yanvar-noyabr aylarında ölkədə 80 milyard 688,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Dövlət Statistika Komitəsinin verdiyi məlumatları görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7%, qeyri neft-qaz sektorunda isə 6,4% artıb.  Bu da o deməkdir ki, iqtisadi artımda qeyri neft-qaz sektorunun xüsusi çəkisi artır. Onu da qeyd edək ki, ÜDM istehsalının 41,6%-i sənaye, 10,1%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 7%-i nəqliyyat və anbar təsərrüfatı, 6,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,9%-i tikinti, 1,8%-i informasiya və rabitə, 1,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,2%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8,8%-ini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 8055,3 manata bərabər olub. Azərbaycan iqtisadiyyatında qeydə alınan müsbət tendensiyalar beynəlxalq miqyasda da yüksək qiymətləndirilir və ölkəmizdə iqtisadi artımın davamlı xarakter almasını şərtləndirən zəruri əsasların yaradıldığı vurğulanır. Məsələn, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan üzrə bu il və gələn il üçün ümumi daxili məhsul istehsalı üzrə proqnozunu yaxşılaşdırıb. Qurumun  “Regional Economic Prospekt” hesabatının noyabr sayında qeyd edilir ki, bu il Azərbaycanın iqtisadi arımının 4 faiz olması gözlənilir ki, bu da bankın iyun proqnozu ilə müqayisədə 2 faiz bəndi çoxdur. Avropa Yenidənqurma və İnkişaf Bankı gələn il Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozunu isə iyun ayı ilə müqayisədə 0,7 faiz bəndi yaxşılaşdıraraq 3,2 faizə çatdırıb; “S&P Global Ratings” (“S&P”) agentliyinin də  son proqnozlarına görə, bu il Azərbaycan iqtisadiyyatı real ifadədə 4 faiz, 2022-ci ildə isə 2 faiz artacaq. Agentlik 2022-2024-cü illərdə ölkə iqtisadiyyatının orta artım tempinin 1,7  faiz olacağını proqnozlaşdırır. “S&P” qeyd edir ki, Azərbaycanın güclü xarici balansı ölkənin yüksək həcmli valyuta ehtiyatları ilə birgə kredit reytinqinin (“BB+”,”Sabit”,”B”) əsası sayılır və bu göstəricilə 2022-2024-cü illərdə stabil qalacaq. 2021-ci ilin 9 ayının sonuna ölkənin strateji valyuta ehtiyatları 41 aylıq mal və xidmət idxalına kifayət edib. Hazırda ölkənin strateji valyuta ehtiyatları illik ÜDM-in 100 faizini üstələyir. Dünya Bankının bu yaxınlarda dərc olunmuş Avropa və Mərkəzi Asiya regionu üzrə yenilənmiş hesabatında Azərbaycanda ÜDM-in bu il 5 faiz, 2022-ci ildə 3,1 faiz, 2023-cü ildə isə 2,7 faiz böyüyəcəyi qeyd olunub. Asiya İnkişaf Bankının sentyabr proqnozunda isə cari il ölkədə iqtisadiyyatın artım tempinin 2,2 faiz, 2022-ci ildə isə 2,5 faiz olacağı qeyd edilir. Digər beynəlxalq iqtisadi və maliyyə qurumlarının tədqiqatları da Azərbaycanda iqtisadi artımın davamlı olacağını və yüksək templərlə ifadə ediləcəyini göstərir.

Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyinin real ÜDM üzrə proqnozlarına görə isə, neftin bir barrelinin orta illik qiyməti 50 dollar götürülməklə hazırlanmış makroiqtisadi proqnoz göstəricilərinə əsasən, cari ildə Azərbaycanda real ÜDM 5,1% artacaq. 2022-ci il üçün isə ÜDM-in real artımının 3,9% olacağı proqnozlaşdırılır. Xatırladaq ki, 2020-ci ildə ölkədə real ÜDM 4,3% azalıb. Amma indi bu azalmanı sürətli artım əvəzləyib. Onu da bildirək ki, hazırda dünya bazarlarında enerji resurslarının qiymətləri Azərbaycanda iqtisadi artım dinamikasının sürətlənməsi üçün  əlavə zəmin yaradır. Bundan əlavə, qeyri-neft sektorunda qeydə alınan artım iqtisadi inkişafı daha sürətli hala gətirən əsas faktorlar sırasında yer alır. Son dövrlərdə qeyri-neft sektorunun ixrac imkanlarının getdikcə artması həm bunun, həm də iqtisadiyyatın şaxələnməsinin real təsdiqidir. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın ixracının dəyəri 19,8 milyard dollar, qeyri-neft sektoru üzrə ixracının dəyəri isə 2,4 milyard dollar təşkil edib. Bu, qeyri-neft sektoru üzrə ən yüksək tarixi göstəricidir. ən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixracın dəyəri 721 milyon ABŞ dolları və yaxud 44% artıb. Cari il üzrə qeyri-neft ixracının həcminin 2,6 milyard dollar civarında olacağı gözlənilir.

Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yenilənmiş hesabatında bu il Azərbaycanda qeyri-neft ÜDM-in istehsalının 7,1 faiz səviyyəsində artacağı bildirilir. Azərbaycan hökumətinin əsas hədəfi postpademiyadan sonra qeyri-neft sektorunda iqtisadi artımı 5 %-də sabitləşdirilməsidir. O da məlumdur ki, koronavirus pandemiyası bir çox ölkələrin ifrat dərəcədə borclanmasına gətirib çıxarıb. Bunun nəticəsidir ki, artıq qlobal borclanma səviyyəsi bu gün qlobal ÜDM-in 100 faizinə bərabərdir. Azərbaycanda isə bu göstərici olduqca aşağıdır və xarici dövlət borcu ÜDM-nin heç 20 faiznə belə çatmır. Ölkəmiz xarici dövlət borcunu qarşıdakı illər ərzində daha da azaltmağı düşünür və bu, iqtisadi artımın daha etibarlı və təhlükəsiz şəraitdə həyata keçirilməsində mühüm rol oynayan əsas faktorlardan biridir. 

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ