Bir sıra sosial ödənişlərin minimum məbləğləri artırıla bilər

img

Bir sıra sosial ödənişlərin minimum məbləğlərinin artırılması istiqamətində təkliflər hökumətə təqdim olunub.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov “Sosial saat”da çıxışı zamanı deyib.

O qeyd edib ki, sözügedən artımlar vətəndaşlara ödənilən xərclərin orta aylığına öz müsbət təsirini göstərir.

“Müqayisə etdikdə pensiyanın minimum məbləğində, təxminən, 82 faiz artım olduğunu görürük. Eyni zamanda orta aylıq pensiya məbləğində 60 faizlik, yaşa görə pensiyanın orta aylıq məbləğində 53 faizlik, müavinətlərin orta aylıq məbləğində, təxminən, 2 dəfəyə yaxın – 95 faizlik artım var. Həmçinin ünvanlı sosial yardımın bir ailəyə düşən məbləğində də 80 faizin üzərində artım var”,- deyə o bildirib.

Son xəbərlər