İndiyə qədər vaksinasiyaya nə qədər vəsait xərclənib...

img

İndiyə qədər vaksinasiya üçün 433 milyon manat vəsait xərclənib. Trend-in məlumatına görə, bunu Milli Məclisin iclasında büdcə zərfinin qəbulu ilə bağlı çıxışında Baş nazir Əli Əsədov bildirib.

"Gələn ilin dövlət büdcəsində bunun üçün müvafiq vəsait nəzərdə tutulub", - deyə Baş nazir qeyd edib.

Qeyd edək ki, ölkədə vurulan vaksinlərin ümumi sayı 10 604 976, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 087 717, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 578 492, buster doza üzrə vaksinasiya olunanların sayı isə 938 767 təşkil edir.

Son xəbərlər