Azərbaycanda özəl pensiya fondlarının yaradılması nəzərdə tutulur. Bunun üçün xarici ölkələrin təcrübələri araşdırılır.
Qeyd edək ki, son vaxtlar bir sıra mütəxəssislər, millət vəkilləri çıxışlarında tez-tez pensiyalarla bağlı qanunvericilikdə və mövcud qaydalarda dəyişikliklərə ehtiyac olduğunu vurğulayır.
Bildirilir ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsində 500 milyon manata yaxın artıq vəsait qalıb və bunu qəbul etmir. Əgər dövlət büdcəsində vəsait ayrılıbsa, bu xərclənməlidir: “Şəhid ailələri, qazilərlə, əlilliyin təyinatı ilə bağlı bu gün böyük problemlər var. Əlilliyin təyinatı məsələsində son illər ərzində kəskin azalmalar da baş verib. Bu məsələyə diqqəti artırmaq lazımdır".
Qeyd edək ki, 2022-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 5 milyard 307 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin gözlənilən icra göstəricisindən 253 milyon manat və ya 5 faiz çoxdur. Fondun gəlirlərinin 78,2 faizi məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar, 21,6 faizi isə dövlət büdcəsindən balanslaşdırma məqsədilə ayrılan vəsait hesabına təmin ediləcək.
Ekspertlər hesab edir ki, özəl pensiya fondlarının yaradılması ölkə iqtisadiyyatının inkişaf etməsində mühüm rol oynayacaq.
Maraqlıdır, özəl pensiya fondları yaradılsa, bu sahədə nələr dəyişəcək? Özəl fondlar dövlətin bu sahədə yükünü azalda biləcəkmi?
“Müştərilər də hansı özəl pensiya fondları onlara uyğun, daha yaxşı təkliflər etsə, onlarla işləməyə başlayacaqlar”
Iqtisadçı Ruslan Atakişiyev bildirdi ki, dövlət pensiya fondlarından fərqli olaraq, özəl pensiya fondu əhalinin öz qazancı hesabına yaradılan baza olduğundan, faydası da daha çox olacaq: “Özəl pensiya fondları müştərilərinə daha yaxşı xidmət göstərəcək, çünki rəqabət olacaq. Daha yaxşı şərtlərlə pensiya xidmətləri təklif edəcəklər. Eyni zamanda bazarda müxtəlif rəngarənglik yaranacaq. Müştərilər də hansı özəl pensiya fondları onlara uyğun, daha yaxşı təkliflər etsə, onlarla işləməyə başlayacaqlar”.
Günel CƏLİLOVA