Gələn ay Türkmənistan qazının Azərbaycana tədarükünə başlanılacaq - İranın neft naziri

img

Bu ilin dekbarın 22-dən Türkmənistan qazının Azərbaycana İran ərazisi vasitəsilə svop tədarükünə başlanılacaq.

Trend-in məlumatına görə, bunu İranın neft naziri Cavad Ouci deyib.

C.Oucinin sözlərinə görə, təxminən 2 ay əvvəl İran Türkmənistan və Azərbaycanla qaz ticarəti haqqıda müzakirələrə başlayıb. Nəticədə üç ölkə arasında qaz ticarəti haqda müqavilə imzalanıb:

“İranın bölgədə qaz ticarətindəki payı 2%-dən azdır və bunun artırılması üçün addımlar atılacaq”, - deyə o qeyd edib.

Qeyd edək ki, noyabrın 28-də Azərbaycan, İran və Türkmənistan Aşqabadda qazın svop tədarükü barədə razılaşma imzalayıblar.

Razılaşmaya əsasən, Türkmənistandan Azərbaycana İran vasitəsilə ildə 1,5 - 2 milyard kubmetrədək qaz göndəriləcək.

Son xəbərlər