Bakıda çörəyi artıq 5 qəpik bahalaşdıran zavodlar var…

img

“Gilan” çörək zavodunun istehsal etdiyi çörəklərin qiyməti 5  qəpik bahalaşıb. Artıq neçə gündür ki, adəçəkilən zavodun istehsal etdiyi çörək məhsullarının satış qiyməti artıb.

Maraqlıdır, çörəyin satış qiymətinin artma səbəbi nə ilə bağlıdır?

  • “Gilan” çörək zavodu - Əsmər Mirzəyeva: “Qiymətin bahalaşmasının səbəbi xammalın qiymətinin artması ilə bağlıdır”

Məsələ ilə bağlı “Gilan” çörək zavodunun kadrlar şöbəsinin əməkdaşı Əsmər Mirzəyeva “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bir neçə gündür zavodun istehsal etdiyi çörəklərdə qiymət artımı baş verib: “Bir tək sosial çörək (zavod çörəyi)nin qiyməti olduğu kimi qalır. Digər çörək məhsullarının isə qiyməti artıb. Qiymətin bahalaşmasının səbəbi xammalın qiymətinin artması ilə bağlıdır”.

  • Pərviz Heydərov: “Nə güzəştlər tətbiq edilirsə-edilsin xeyri olmayacaq, gec-tez qiymətlər qalxacaqdı”

Iqtisadçı ekspert Pərviz Heydərov bildirdi ki, çörəyin qiymətində artım qaçılmaz idi: “Bunu ilin əvvəlindən proqnoz etmişdim. Dünya bazarlarında buğdanın qiyməti qalxıb. Azərbaycan da buna qarşı istəyir ki, idxal üzrə ƏDV olunsun - istəyir yerli istehsalçılara subsidiya verilsin və sair”.

İqtisadçının dediyinə görə, nə güzəştlər tətbiq edilirsə-edilsin xeyri olmayacaq, gec-tez qiymətlər qalxacaqdı: “Bir məhsul idxaldan asılıdırsa, dünya bazarında həmin şeyin qiymət dəyişikliyindən xilas ola bilməz. Bu aksiomadır. Çox maraqlıdır, ən zəruri ərzaq məhsullarının qiymətləri artır, hökumət isə növbəti il üçün, məsələn, istehlak qiymətləri indeksini - inflyasiyanı bu ildəkindən aşağı səviyyədə proqnozlaşdırır”.

Günel CƏLİLOVA

Son xəbərlər