Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Türkiyə lirəsi ətrafında baş verənlər olduqca maraqlı məqamları üzə çıxardı

Image


Cari il ərzində ABŞ dollarına nisbətdə 40 faiz ucuzlaşan Türkiyənin milli valyutası olan lirə son iki gün ərzində tədricən möhkəmlənməyə başlayıb. Hazırda birjalarda 1 dollar 11 lirə ətrafında alınıb-satılır. Halbuki, noyabrın 23-də dolların lirəyə nəzərən qiyməti qısa müddətə 13 lirə həddini keçmişdi.

Bununla belə, müşahidəçilərə görə, hazırda Türkiyə iqtisadiyyatı 2001-ci ildən bəri ən böhranlı dövrünü yaşayır. İqtisadi çətinliklər şəraitində yaşayan əhalinin əsas müzakirə mövzusu da ölkənin gələcəyi ilə bağlı narahatlıqlardır. Ölkənin bank-maliyyə sektorunun təmsilçiləri faiz dərəcələrini yüksəltməklə böhranın həllinə inandıqları halda, prezident Rəcəb Tayyip Ərdoğan buna qarşı birmənalı mövqe ortaya qoyub. O, hakim Ədalət və İnkişaf Partiyasının parlament qrup toplantısında çıxışı zamanı qeyd edib: “Birlikdə addımladığımız yoldaşlarımızdan faizi müdafiə edənlər inciməsinlər. Mən faizi müdafiə edənlərlə bərabər ola bilmərəm, olmaram. Bu vəzifədə olduğum müddətdə faizlə mübarizəmi sonuna qədər davam etdirəcəyəm. İnflyasiya ilə mübarizəmi də davam etdirəcəyəm". Xatırladaq ki, Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 16%-dən 15%-ə endirib. Faiz dərəcələrinin bundan sonra da aşağı salınması istisna edilmir. Elə Rəcəb Tayyib Ərdoğan da yenidən uçot dərəcəsinin aşağı salınmasının tərəfdarı olduğunu bildirib. Indilikdə ölkənin içində olduğu iqtisadi böhran müxalifət partiyalarının hərəkətliliyini artırıb. Müxalifət erkən parlament və prezident seçkilərinin keçirilməsi çağırışlarını bir daha gündəmə gətirib. Lakin Ərdoğan seçkilərin nəzərdə tutulduğu kimi 2023-cü ildə keçiriləcəyini bildirib: “Önümüzdə 1,5 il var. Görüləcək işlərlə 2023-cü ili yeni zəfər ilinə çevirəcəyik".

Türkiyə lirəsi ilə bağlı baş verənlər Azərbaycanda da diqqətlə izlənir və ölkələrimiz arasında ticari münasibətlərə təsir edir. Bu, iki istiqamətdə özünü göstərər. Birinci istiqamət Azərbaycanın Türkiyəyə yatırdığı sərmayələr və qurduğu müəssislərdir. Söhbət ilk olaraq SOCAR müəssisələrindən gedir. “SOCAR Türkiyə"nin maliyyə risqləri üzrə əlaqələndiricisi Əli Ağaoğlu şirkətin "YouTube" kanalında yayımlanan müsahibəsində bu xüsusda mühüm açıqlamalar verib. O hesab edir ki, lirənin məzənnəsinin azalması SOCAR-ın Türkiyədə gəlirlərinə az təsir edəcək: "Birincisi, bizim satışlarımız dollara bağlıdır. Biz dövlətin təyin etdiyi qiymətlərlə neft satırıq, amma dövlət də burada neft qiymətləri və dolların məzənnəsini nəzərə alaraq qiymətlərin dəyişməsinə imkan verir. Hazırda SOCAR-ın Türkiyədəki gəlirlərinin 78 faizi xarici valyutanın payına düşür, 22 faizini isə lirə təşkil edir. Bununla əməkdaşların əməkhaqları ödənilir, qaz və elektrik üçün ödənişlər edilir". .Ağaoğlunun sözlərinə görə, ikincisi isə "SOCAR Türkiyə"nin öz məhsuluna tələbatla bağlı da problemi yoxdur: "Petkim" neft-kimya kompleksi Türkiyənin yeganə neft-kimya şirkətidir və onun payına bu sahədə məhsulun ölkə üzrə tələbatının 18 faizi düşür. Türkiyə idxalçı ölkədir. Ona görə də “Petkim"in məhsulu ölkə daxilində çox rahat istehlak edilir". Lirənin ucuzlaşmasının Azərbaycana digər istiqamətlərdə də təsiri var. İqtisadçı deputat Vüqar Bayramov bu fonda qeyd edir ki, lirənin ucuzlaşması gözlənilən idi. Türkiyənin Mərkəzi Bankı uçot dərəcəsinin dəyişdirilməsi ilə bağlı mütəmadi qərarlar qəbul etdi. Amma bu addım lirənin ucuzlaşmasının qarşısını almağa imkan yaratmadı. İqtisadçının sözlərinə görə, burada iqtisadi və siyasi səbəblər var: "Xüsusilə də xarici hesablaşmalar balansında olan kəsir və bəzi ölkələrlə Türkiyə arasında siyasi münasibətlərdə olan gərginlik lirəyə təsirsiz ötüşmür. Türkiyə Azərbaycanın qeyri-neft ixracında ən böyük tərəfdaşlarından biridir. Belə ki, 2 milyard dollarlıq qeyri-neft ixracatımızda Türkiyə Rusiyadan sonra ikinci ən böyük ticarət tərəfdaşıdır. Ümumi qeyri-neft ixracatımızın təxminən üçdəbiri Türkiyənin payına düşür. Bu isə ondan xəbər verir ki, 2021-ci ildə də ölkələrimiz arasında qeyri-neft ixracatı təxminən 700 milyon dollardan çox olacaq”.

Vüqar Bayramov bildirib ki, lirənin ucuzlaşması qonşu ölkələr, o cümlədən Azərbaycan üçün psixoloji təsirlər baxımından arzuolunan deyil: “Çünki qonşu ölkələrdə azalmalar müşahidə olunursa, avtomatik olaraq bu, valyuta bazarlarına psixoloji olaraq mənfi təsir göstərir. Azərbaycan investisiyası Türkiyədə enerji sektorundadır və o qiymətlər tənzimlənir. Xammal olaraq birbaşa milli valyuta ilə bağlı olmayan qiymətlərdir. Ona görə də bu, Azərbaycanın Türkiyədəki investisiyasına ciddi təsir göstərməyəcək. Eyni zamanda qeyri-neft ixracatımızda da Türkiyəyə ixrac etdiyimiz məhsullar strateji məhsullardır. Lirənin ucuzlaşması Azərbaycan məhsullarının Türkiyə bazarında bahalaşmasına gətirib çıxarır. Amma bütövlükdə qeyri-neft ixracatımızda ciddi dəyişikliyin olacağı gözlənilmir. Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin əhəmiyyətli hissəsini enerji, xüsusən də mavi qaz nəqli təşkil edir. Mavi qazın da qiyməti dünya bazarında müəyyən edildiyi üçün lirənin məzənnəsində dəyişiklik enerji əməkdaşlığımıza xüsusi təsir göstərmir". Onun sözlərinə görə, iqtisadi əlaqələr baxımından lirənin ucuzlaşmasının xüsusi təsirləri olmayacaq, amma lirə dəyər itirdikcə bu, Azərbaycanın valyuta bazarına mənfi psixoloji təsir göstərir: "Lirənin ucuzlaşması Türkiyə mallarının ucuzlaşmasına gətirib çıxarda bilər. Amma lirənin ucuzlaşması ilə yanaşı, Türkiyədə inflyasiya, qiymət artımları da müşahidə olunur. Ona görə də gözlənilir ki, bir sıra türk mallarının qiymətlərində və ya xərclərində müəyyən dəyişikliklər olsun. Amma bütövlükdə Türkiyənin özündə, xüsusən son aylar inflyasiya yüksək olduğuna görə lirənin dəyərdən düşməsi türk mallarının ucuzlaşmasına ciddi təsir göstərməyəcək. O baxımdan hələlik Türkiyə mallarının Azərbaycan bazarında ucuzlaşması gözlənilmir". Lakin istənilən halda, türk lirəsinin ucuzlaşması Azərbaycan bazarı üçün yeni şərait formalaşdırır.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi...

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ