Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Rus şirkətləri Azərbaycanın işğaldan azad ərazilərinə axın edir…

Image


Azərbaycan üçün postmünaqişə dövründə ən vacib məsələlərdən biri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən abadlıq-quruculuq işləri ilə yanaşı, bu yerlərdə iqtisadiyyatın bərpası, Qarabağ və Şərqi Zəngəzurun ölkənin iqtisadi həyatına inteqrasiyasıdır. Bu məqsədlə dövlət tərəfindən müvafiq addımlar atılır. Azad edilmiş ərazilərin bərpası və inkişafı konsepsiyası da buna xidmət edir. Həmin konsepsiyaya əsasən, azad olunan ərazilərin bərpasında dövlət və özəl sektorun tərəfdaşlığı imkanlarından geniş istifadə planlaşdırılır. Konsepsiya, eyni zamanda, xarici investorlar üçün xüsusi təşviq proqramlarının həyata keçirilməsini və ərazilərin inkişafı məqsədilə yeni xarici tərəfdaşların cəlbini nəzərdə tutur. Azərbaycan xarici investorları cəlb etməklə azad edilmiş ərazilərin bərpası və inkişafı layihəsi çərçivəsində onlarla əməkdaşlıqda maraqlıdır. Artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında çoxsaylı xarici şirkət podratçı kimi fəaliyyət göstərir. Amma indi onların sırasına yeniləri də qoşulmaq niyyətindədir. Bu sırada Rusiya şirkətləri də fəallığa can atır.

Xatırladaq ki, hələ ötən ay Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu xüsusda önəmli açıqlamalar vermişdi. O qeyd etmişdi ki, Rusiyanın iqtisadi operatorları postkonflifkt ərazilərin bərpasında iştirak etməyə hazırdır. Onun sözlərinə görə, Rusiyanın biznes missiyası bu il iyulun 23-də Bakıda səfərdə olub: “Praktiki planda həyata keçirilən əməkdaşlığa nümunə olaraq oktyabrın 4-də Cəbrayıl rayonunda “KamAZ” və “Gəncə Avtomobil Zavodu”nun birgə servis mərkəzinin təməlinin qoyulmasını göstərə bilərik. Biz, əlbəttə ki, Rusiya biznesinin Azərbaycanda genişlənməsində maraqlıyıq. Bu cür birgə işə Moskva və Bakının münasibətlərinin vacib tərkib hissəsi kimi baxırıq”. Bu yanaşma Ermənistanda ciddi narazılığa səbəb olsa da, hazırda rus şirkətlərinin azad edilmiş ərazilərə axını müşahidə edilir. Bunu iqtisadiyyat nazirinin müavini Elnur Aydınovun Rusiya işgüzar missiyasının iştirakı ilə Bakıda keçirilən “Ağıllı şəhər” mövzusunda tədbirdə səsləndirdiyi fikirlər də təsdiq edir: “Azərbaycanla Rusiya arasında bütün sahələrdə əlaqələr inkişaf edir. Bu kimi tədbirlər əlaqələrin inkişafında mühüm rol oynayır. Bu ilin iyul ayında biz Rusiyadan Azərbaycana biznes missiyanı qəbul etdik. Həmin ərəfədə potensial layihələrlə bağlı müzakirələr aparılıb, Rusiyaya məxsus “KamAZ” ASC ilə Azərbaycana məxsus “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi arasında müqavilə imzalanıb. Bu il oktyabrın 4-də isə prezident İlham Əliyev Cəbrayıl rayonunda Tatarıstanın baş nazirinin müavini, sənaye və ticarət naziri Albert Kərimovla birlikdə “Araz Vadisi İqtisadi Zonası”nın ilk rezidenti - “KamAZ” servis mərkəzinin təməlini qoyub. Burada yalnız "KamAz" markalı yük maşınlarına xidmət edilməyəcək, bütün yük avtomobillərinə, həmçinin aqrar texnikalara xidmət göstəriləcək. Hazırda həmin layihənin biznes planı hazırlanır”. Nazir müavini vurğulayıb ki, pezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük müharibə ilə 30 il davam edən işğala son qoyub: “Hazırda bizim ölkə üçün prioritet uzun illər davam edən işğal nəticəsində dağıdılmış ərazilərimizin bərpası, həmçinin, əhalinin ora qayıtması üçün lazımi şəraitin yaradılmasıdır. Bu məqsədlə böyük bərpa işləri həyata keçirilir. Prezidentin dediyi kimi, Azərbaycan dost ölkələri bu prosesdə görməyə şaddır. Bu kontekstdə Rusiya şirkətlərinin isgaldan azad edilmiş ərazilərin bərpasında iştirakı məqsədlərimizə çatmaqda əlavə impuls verərdi. Bu ay Rusiya şirkətlərindən Qarabağın bərpası ilə bağlı sorğu daxil olub”. Beləliklə, azad edilən ərazilərin bərpa prosesində artıq rus şirkətlərini də görmək mümkün olacaq. Lakin bu prosesdə digər ölkələr də maraqlıdır. Məsələn, yenə ötən ay Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radmanın Azərbaycana səfəri fonunda bu ölkə şirkətlərinin də azad edilmiş ərazilərdə fəaliyyətə başlaması gündəmə gəlib. Qordan Grliç Radmanla birlikdə Azərbaycana Xorvatiyadan çoxsaylı aparıcı şirkətlərin nümayəndələri də gəlib. Bu kontekstdə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə Xorvatiya şirkətlərinin iştirakı əsas diqqət mərkəzində yer alıb.

Bu günlərdə baş tutan Azərbaycan-Slovakiya biznes forumunda Slovakiyadan daha çox sayda şirkətin azad edilmiş ərazilərdə fəaliyyətə başlamasına dair müzakirələr aparılıb. Hazırda azad edilmiş ərazilərin minalardan təmizlənməsində Slovakiyanın istehsalı olan texnikalardan istifadə edilir. Bu ilin mayında Slovakiya şirkətləri tərəfindən hazırlanmış “Ağıllı kənd” layihəsinin təqdimatı baş tutub. Slovakiya şirkətləri digər iqtisadi istiqamətlər üzrə də azad olunan yerlərdə fəaliyyət göstərməkdə maraqlıdırlar. Qərblə yanaşı, digər ölkələri, o cümlədən ərəb dünyasını təmsil edən şirkətlər də Azərbaycanın azad olunmuş ərazilərində müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi  müstəvidə fəaliyyət göstərməkdə maraqlıdır. Artıq Qətər şirkətlərinin azad edilmiş ərazilərdə infrastrukturun bərpası işlərində iştirakı, bu ərazilərə investisiya yatırmasına dair müzakirələr aparılır. İraqın Azərbaycandakı səfirliyi bildirir ki, İraq şirkətləri istər işğaldan azad edilmiş Qarabağda, istərsə də bütövlükdə Azərbaycanda həyata keçirilən müxtəlif layihələrdə iştirak etməyə hazırdır. Artıq iki ölkənin ticarət palataları arasında Qarabağdakı bərpa işlərinin müxtəlif sahələrində əməkdaşlıq barədə razılıq əldə olunub. Daha çox sayda xarici şirkətin azad olunan ərazilərdə fəaliyyəti Azərbaycana beynəlxalq miqyasda olan yüksək etimadın real təzahürüdür. Bu, həm də Azərbaycanın mühüm uğuru kimi dəyərləndirilir.

Tahir TAĞIYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi...

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ