Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Beynəlxalq miqyasda Azərbaycan iqtisadiyyatına yenə yüksək qiymət verildi

Image


Məlum olduğu kimi, 2020-ci ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) koronavirus pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər və OPEC+ razılaşması çərçivəsində neft hasilatının azaldılması ilə əlaqədar 4,3 % azalıb. Lakin cari ilin ötən dövründə qeydə alınanlar artıq Azərbaycan iqtisadiyyatının sürətli bərpa və inkişaf mərhələsinə qayıtdığını göstərir. Bunu "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin açıqlaması da təsdiq edir. Qurum  bu il Azərbaycanın ümumi daxili məhsulunun 4,9 % artacağını proqnozlaşdırır.

Bildirilir ki, bərpa ötən il baş verən 4,3 %-lik kiçilmədən sonra qeyri-neft sektorundakı bərpa və peyvəndin tətbiqinin genişlənməsi ilə (hazırda 100 nəfərə 97 doza) dəstəklənir. Bundan başqa qeyd edilir ki, Azərbaycan cari əməliyyatlar balansında ötən il baş verən 0,5 %-lik kəsirdən sonra bu il 7,9 % profisitə qayıdacaq. Proqnoza görə, 2022-2023-cü illərdə cari əməliyyatlar hesabının profisiti orta hesabla 5,3 %-ə enəcək, bu da, əsasən, neftin proqnozlaşdırılan orta qiymətinin 2022-ci ildə 55 ABŞ dolları və 2023-cü ildə isə proqnozlaşdırılandan 63  dollardan 53 dollara enməsi hesabına olacaq. Ancaq bu göstəriciyə görə Azərbaycan yenə də analoqlarının qrupunda liderdir: "Xalis suveren aktiv mövqeyinin 2020-ci il sonundakı 83,1 %-dən, 2023-cü ilin sonuna ÜDM-nin 84,1 %-nə yüksələcəyi proqnozlaşdırılır. Beləliklə, xarici balansın yaxşılaşması və 1,7 manat-dollar məzənnəsinin saxlanılması devalvasiya risini daha da azaldıb". Onu da qeyd edək ki, “Fitch Ratings” Azərbaycanın uzunmüddətli və qısamüddətli defolt reytinqini  "BB+" səviyyəsində təsdiqləyib. Proqnoz “Stabil”dir, reytinq Azərbaycanın güclü xarici balansı, aşağı dövlət borcu və Dövlət Neft Fondunun iri həcmli aktivlərindən irəli gələn güclü maliyyələşmə çevikliyi ilə dəstəklənir. "Fitch"ə görə, "Stabil" proqnoz büdcə göstəricilərin davamlılığının möhkəmlənməsi və Ermənistanla müharibəyə qayıtma riskinin azalması ilə bağlı gözləntiləri əks etdirir: “Lakin qeyri-neft diversifikasiyasını sürətləndirmək üçün makroiqtisadi siyasət çərçivəsinin əhəmiyyətli dərəcədə gücləndirilməsi və ya struktur islahatlarının həyata keçirilməsi ilə bağlı məhdud perspektivlər də proqnozun bu səviyyədə olmasını şərtləndirir”.

Bu fonda qeyd edək ki, Azərbaycanda pandemiya ilə bağlı dövlət tərəfindən vaxtında görülən preventiv tədbirlər, iqtisadi subyektlərə verilən dəstək, atılan digər addımlar ölkə iqtisadiyyatında yenidən sürətli artım dinamikasının qeydə alınmasına gətirib çıxarıb. Bunun nəticəsidr ki, cari ilin  yanvar-oktyabr aylarında Azərbaycanda 71 milyard 589 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz  çox ümumi daxili məhsul istehsal olunub. Bu göstərici pandemiyadan öncəki – 2019-cu ildən də yüksəkdir. Bu fonda cari  ilin ilk üç rübündə əhalinin hər nəfərinə düşən nominal gəlirlər ötən ilin eyni dövrüylə müqayisədə 1,5 faiz artıb. Eləcə də bu ilin ilk üç rübündə orta aylıq əməkhaqqı 725 manat olub. Bu, bir il əvvələ görə 2,2 faiz yüksəkdir. İlin ötən dövr ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri 21,9 faiz artaraq 7148 manat olub. Bununla bağlı olaraq Avropa Yenidənqurma və İnkişaf Bankı da Azərbaycan üzrə bu il və gələn il üçün ümumi daxili məhsul istehsalı üzrə proqnozunu yaxşılaşdırıb. Qurumun  “Regional Economic Prospekt” hesabatının noyabr sayında qeyd edilir ki, bu il Azərbaycanın iqtisadi arımı 4 faiz olması gözlənilir ki, bu da bankın iyun proqnozu ilə müqayisədə 2 faiz bəndi çoxdur. Avropa Yenidənqurma və İnkişaf Bankı gələn il Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozunu isə iyun ayı ilə müqayisədə 0,7 faiz bəndi yaxşılaşdıraraq 3,2 faizə çatdırıb. “S&P Global Ratings” (“S&P”) agentliyinin də  son proqnozlarına görə, bu il Azərbaycan iqtisadiyyatı real ifadədə 4 faiz, 2022-ci ildə isə 2 faiz artacaq. Agentlik 2022-2024-cü illərdə ölkə iqtisadiyyatının orta artım tempinin 1,7  faiz olacağını proqnozlaşdırır. “S&P” qeyd edir ki, Azərbaycanın güclü xarici balansı ölkənin yüksək həcmli valyuta ehtiyatları ilə birgə kredit reytinqinin (“BB+”,”Sabit”,”B”) əsası sayılır və bu göstəricilə 2022-2024-cü illərdə stabil qalacaq. 2021-ci ilin 9 ayının sonuna ölkənin strateji valyuta ehtiyatları 41 aylıq mal və xidmət idxalına kifayət edib. Hazırda ölkənin strateji valyuta ehtiyatları illik ÜDM-in 100 faizini üstələyir.

"S&P"nin "CCA-6" (Qafqaz və Mərkəzi Asiya ölkləri-6) adlandırdığı və Azərbaycandan başqa Özbəkistan, Tacikistan, Qazaxıstan, Gürcüstan, Ermənistan və Rusiyanın daxil olduğu regionda 2021-2024-cü illərdə ən aşağı ortalama inflyasiya Azərbaycanda, ən yüksək inflyasiya isə Özbəkistanda olacaq (ortalama 10%-dən çox). Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında ölkədə ortaillik inflyasiya 5,7%, oktyabr ayında isə illik inflyasiya isə 10% təşkil edib. Azərbaycan İqtisadiyyat Nazirliyinin son proqnozuna görə, 2021-ci ilin sonuna dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin yüksəlməsi (enerji və qeyri-enerji) və qlobal əmtəə qiymətlərinin artması kimi xərc amillərinin təsiri ilə bu il Azərbaycanda 6% səviyyəsində gözlənilən ortaillik inflyasiya 2022-ci ildə 4%-dək yavaşlayacaq. Beynəlxalq Valyuta Fondunun son proqnozuna görə, bu il Azərbaycanda istehlak qiymətləri illik 4,4%, 2022-ci ildə isə 3,2% artacaq. Bu, inflyasiya ilə bağlı ən yaxşı vəziyyətin yenə Azərbaycanda olacağənı göstərir.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi...

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ