07/04/2020 07:35
728 x 90

Bakı şəhər açıq birinciliyində “Qala” taekvondo klubunun idmançıları ikisi qızıl olmaqla üç medal qazanıblar - FOTO

img

Məlum olduğu kimi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə 26 fevral - Xocalı soyqırımı gününə həsr olunmuş Bakı şəhər açıq birinciliyi keçirilib.

49 taekvondo klub və bölmələrindən, eləcə də Rusiya və Gürcüstandan, ümumilikdə, 750-dək uşaq, yeniyetmə və gənc idmançının qatıldığı yarışda “Qala” taekvondo klubunun idmançıları da mübarizə aparıblar. 28 fevral - 1 mart 2020-ci il tarixlərində kecirilən Bakı şəhər açıq cempionatının ilk günundə “Qala” taekvondo klubunun iki idmançısı - Fatimə İsmayılova və Rəvan Məmmədazadə bütün rəqiblərinə qalib gələrək fəxri kürsüyə qalxıblar. Beləliklə, F.İsmayılova və R.Məmmədzadə I yerə, birinciliyin son günü isə klubun idmançısı Nihad Cavadlı 65 kg çəki dərərcəsində III yerə layiq görülüb.

Klubun rəhbəri, Əməkdar məşqçi Ramil Həsənovun yetirmələri, “Qala” taekvondo klubunun idmançıları Bakı şəhər açıq birinciliyində ikisi qızıl olmaqla üç medal qazanıblar.

İdmançıların məşqçiləri Ramil Həsənov və tanınmış idman ustası Fatma Əliyevadır.

İradə SARIYEVA

Son xəbərlər