Bu yaxınlarda Rusiya Federasiyasında Sovet İttifaqı Qəhrəmanı F.Qluxovun xatirəsinə həsr olunmuş XX beynəlxalq turnir keçirilib. Yarışda millimizin heyətində təmsil olunan DİN İdman Cəmiyyətinin yetirmələri də qələbə uğrunda mübarizə aparıb.
Əvvəlcə rinqə yeniyetmələr çıxıb. DİN İdman Cəmiyyətinin boks bölməsinin yetirmələrindən Xaliq Məmmədov, Seyfi İsmayılzadə öz çəki dərəcələrində turnirin qalibi olub. Nadir Babayev isə ikinci yeri tutub.
Digər təmsilçilərimizdən Zaur İmaməliyev, Uğur Qəribov fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Onlardan Z.İmaməliyev “Qələbə əzminə görə” xüsusi kubokla mükafatlandırılıb.
Gənc boksçuların yarışında isə Xanlar Pirverdiyev və Röyal Abbasov öz çəki dərəcələrində bürünc medal qazanıb.
Ümumi hesabda komandamız fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.
Komandamızı bu yarışa əməkdar məşqçi Yadigar Məmmədov hazırlayıb.
Xəyalə MƏMMƏDOV DİN Mətbuat Xidmətinin əməkdaşı