Boks üzrə gənclərin Bakı birinciliyi keçirilib. Paytaxtın bütün idman klub və cəmiyyətlərinin boks bölməsinin yetirmələrinin qatıldığı bu yarışda DİN İdman Cəmiyyətinin təmsilçiləri də qələbə uğrunda mübarizə aparıb. Əməkdar məşqçi Yadigar Məmmədovun hazırladığı idmançılarımızdan Əflatun Babayev bütün rəqiblərinə qalib gələrək birinciliyin baş mükafatına layiq görülüb. Cahid Qurbanov isə fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Xəyalə MƏMMƏDOVA DİN Mətbuat Xidmətinin əməkdaşı