Bir qədər əvvəl Şağan Olimpiya Kompleksində start götürən cui-citsu üzrə Bakı birinciliyinin qalibləri məlum olub.
Onlar arasında DİN İdman Cəmiyyətinin maliyyə-təchizat şöbəsinin inspektoru, polis leytenantı Rəvan Qasımlı da var. Çəkisi 94 kiloqramadək olan əlbəyaxa döyüş ustalarının yarışında R.Qasımlı qələbəyə gedən yolda üç döyüş keçirib. Bu yarışa o, Əməkdar məşqçi Mirəli Seyidovun rəhbərliyilə hazırlaşıb.
Polis leytenantı R.Qasımlı əvvəllər karate ilə məşğul olub və qara kəmər qazanıb.
Zeyni HÜSEYNOV polis serjantı