“Mançester Yunayted” klubunun baş məşqçisi Jose Mourinyo fransız həmkarı Arsen Vengerlə aralarında tez-tez yaranan gərginliyi artıracaq yeni açıqlama verib.
“Mançester Yunayted”də ardıcıl üç məğlubiyyətin ardından Liqa Kubokunda növbəti tura keçməklə üzərindəki təzyiqi yüngülləşdirən Mourinyo, 2004-ci ildə başlayan İngiltərə karyerası boyunca bir çox mövzuda gərginlik yaşadığı “Arsenal”ın baş məşqçisi Venger haqqında qalmaqal yaradacaq açıqlama ilə gündəmə gəlib.
Portuqaliyalı məşqçi bir jurnalist tərəfindən qələmə alınan və gələn həftə bazara çıxacaq kitabında Vengerlə bağlı "Bir gün onu stadiondan kənarda tutacağam və ağzını-burnunu dağıdacağam" dediyi bildirilir.
Mourinyonun bu sözlərinə Vengerin cavabı isə qısa olub: "Kitabı oxumadım, oxumayacağam. İşimi yaxşı görməklə məşğulam və hər kəsə hörmət göstərirəm".