Azərbaycanın atletika yığmasının üzvü Yelena Çebanu Rioda keçirilən XV Yay Paralimpiya oyunlarında uzunluğa tullanma yarışının final mərhələsində gümüş medal qazanıb.
Baki-xeber.com-un “Trend”ə istinadən xəbərinə görə, daha bir gümüş medal üzmə yarışlarında əldə olunub. Belə ki, 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışlarında iştirak edən azərbaycanlı üzgüçü Dmitri Saley gümüş medal qazanıb. Xəbərə görə, D.Saley məsafəni 1:08,80 saniyəyə qət edərək ikinci olub.
Xatırladaq ki, sentyabrın 18-dək davam edəcək Paralimpiya Oyunlarında Azərbaycanı 24 idmançı təmsil edir. İdmanın 6 - cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma növü üzrə mübarizəyə qoşulan paralimpiyaçılarımızın 6-sı qadın atletdir. Lisenziyaların sayı isə 41-dir. Bu göstərici “London-2012” ilə müqayisədə çoxdur.
Onu da qeyd edək ki, son 4 il ərzində paralimpiyaçılarımız ölkəyə 64 qızıl, 57 gümüş, 40 bürünc olmaqla 161 medal qazandırıb.