Azərbaycanın atletika yığmasının üzvü Yelena Çebanu Rioda keçirilən XV Yay Paralimpiya oyunlarında finala çıxıb.
“Trend”-in məlumatına görə, 200 metr məsafəyə qaçışda 24,16 saniyəlik nəticəyə imza atan təmsilçimiz finala vəsiqə qazanıb.
Qeyd edək ki, Azərbaycan Paralimpiya oyunlarında 24 idmançı ilə təmsil olunur.