Minskdə keçirilən at yarışlarında faciəvi olay yaşanıb.
Baki-xeber.com-un “İnterfaks”a istinadən xəbərinə görə, yarışın gedişində bədbəxt hadisə nəticəsində rusiyalı idmançı Nikita Sotskov həlak olub. Bu barədə Rusiya Atçılıq Federasiyasının saytında xəbər yerləşdirilib. Xəbərdə deyilir ki, Sotskov 2008-ci ildən at yarışlarında iştirak edib. Dəfələrlə beynəlxalq və milli yarışların iştirakçısı olan jokey 2015-ci ildə Rusiya birinciliyi uğrunda gənclər arasında yarışların gümüş və bürünc medallarını qazanıb.
İdmançının ölümünə səbəb olan bədbəxt hadisənin təfərrüatları açıqlanmır.