Rioda keçirilən XV Yay Paralimpiya Oyunlarında Azərbaycan atleti Əliyev Kamil yarışların final mərhələsində gümüş medal qazanıb.
Xatırladaq ki, sentyabrın 18-dək davam edəcək Paralimpiya Oyunlarında Azərbaycanı 24 idmançı təmsil edir. İdmanın 6 - cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma növü üzrə mübarizəyə qoşulan paralimpiyaçılarımızın 6-sı qadın atletdir. Lisenziyaların sayı isə 41-dir. Bu göstərici “London-2012” ilə müqayisədə çoxdur.
Qeyd edək ki, ümumilikdə son 4 il ərzində paralimpiyaçılarımız 64 qızıl, 57 gümüş, 40 bürünc olmaqla 161 medal qazanıb.
Baki-xeber.com