Cümə günü, 20 noyabr 2026
     

Rio olimpiyasından sonra Azərbaycan idmanında çox ciddi müzakirə və qərarlar zərurətə çevrilir...

Image


Elxan Qarayev: "İdman sahəsini daha da inkişaf etdirmək üçün bölgələrdə idman məktəbləri açılmalıdır"

Elçin Cəfərov: "Rio Olimpiya Oyunları hələ davam edir, nəticələr hər an dəyişə bilər"

"Rio-2016" Olimpiya Oyunlarına qatılan idmançıların bəzi yarışlarda göstərdiyi uğursuzluq idmansevərləri məyus edir. Olimpiya Oyunlarında iştirak edən idmaçılarımız, onların məşqçiləri, eləcə də əhali üçrəngli bayrağımızın kürsüdə dalğalanmasını istəyir. Olimpiya Oyunlarına yollanan idmançıların, xüsusilə də legioner idmançıların zəif nəticə göstərməsi bu sahədə bəzi boşluqların olduğunu üzə çıxardı.
Düzdür, bu gün dövlətimiz tərəfindən idmanın inkişafına xüsusi qayğı göstərilir. Ölkədə idman kompleksləri tikilib istifadəyə verilib. Hətta Olimpiadada qalib olacaq idmançılara veriləcək mükafatın məbləği bir çox ölkədən üstündür.
Qeyd edək ki, Olimpiadaya iştirak üçün ölkəmizdən 56 idmançı yollanıb. İdmançıların bir qismi legionerlərdir. Qalib olmayan idmançılar arasında legionerlərin üstünlük təşkil etməsi təəssüf doğurur.
Ölkəmizdə idmançıların rahat şəkildə məşqi üçün müasir idman kompleksləri tikilib istifadəyə verilib. Həmin komplekslərdə idmançılarla yanaşı, sadə vətəndaşlar da məşq edə bilər. Ancaq sadə vətəndaşlar həmin komplekslərdə məşq etmək üçün müəyyən məbləğdə pul ödəməlidir. Təkliflər səslənir ki, həmin komplekslərdən istifadə haqqı hər kəsin büdcəsinə uyğun olsun. Bu, vətəndaşlarımızın həvəslə idmanla məşğul olmasına imkan yaradar.
Sumqayıt İdman Kompleksinin nümayəndəsi bizimlə söhbətində bildirdi ki, burada gündəlik məşqlər keçirilir: "Hər idman növü üzrə məşq etmək üçün ayrıca məbləğ müəyyən olunub. Məsələn, üzgüçülüklə məşğul olmaq istəyən balacalar 25 manat, böyüklər isə 30 manat ödəməlidir. Cüdo üzrə məşğul olanlar isə 20 manat ödəməlidir".
Bakı Olimpiya İdman Kompleksinin təsərrüfat müdiri Mədət müəllim qəzetimizə açıqlamasında bildirdi ki, kompleksdə bədii gimnastika və voleybol idman növlərinə xüsusi diqqət yetirilir: "Burada professional məşqlər keçirilir".
Bakı şəhəri Nizami rayonu Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzində də idman təlimləri keçirilir. Burada bədii gimnastika, taekvando üzrə məşqlər olur. Peşəkar idman ustalarının təlimində yaş kateqoriyaları üzrə, ayrı-ayrılıqda məşqlər təşkil olunur. Qurumdan verilən məlumata görə, burada məşqlərin aylıq qiyməti 20 manatdır. Ay ərzində 8 məşq keçirilir. Yaş fərqindən asılı olmayaraq, məşqin aylıq qiyməti dəyişməz olaraq qalır.
Məlum olduğu kimi, "Rio-2016" Olimpiya Oyunlarında üzgüçülük üzrə mübarizəyə qatılan idmançılarımız məğlubiyyətlə üzləşib.
Vətəndaşlarımız idmançıların peşəkar səviyyədə yetişməsi, məşqlər keçməsi üçün üzgüçülük hovuzlarının yetərli sayda olmamasından gileylənir. Həmçinin, hovuzlarda qiymətlərin baha olması hamını hiddətləndirir. Mütəxəssislər də hesab edir ki, idman komplekslərində üzgüçülüklə məşğul olmaq əksəriyyət üçün baha başa gəlir. Məlumat üçün bildirək ki, üzgüçülük hovuzlarında qiymətlər müştərilərin yaşından və məşqçinin iştirakından asılı olaraq dəyişir.
Apardığımız araşdırma zamanı məlum oldu ki, ən bahalı qiymətlər Bakı Su İdmanı Sarayındadır - böyüklər üçün 105 manat, uşaqlar üçün 30-40 manat. Məşqçi ilə üzsəniz, ödəniş 3 dəfə artacaq. Bu məbləğ bir ay üçün keçərlidir.
"Aura" idman kompleksində isə qiymətlər aşağıdakı kimidir:
45 manat (12 yaşadək uşaqlar üçün),
65 manat (12 yaşdan yuxarı uşaqlar üçün),
65 manat (böyüklər, məşqçi ilə).
İdman mərkəzlərində idmanın istənilən növü üzrə yeniyetmə və gənclərin pulsuz məşğul olmasına necə şərait yaratmaq olar? İdman mütəxəssisi Elxan Qarayev qeyd etdi ki, tarixən azərbaycanlılar idmana meylli olub: "İdmanı sevmək, onunla məşğul olmaq qanımızda var. Kim idmanın hansı növünü sevirsə, onunla mütəmadi məşğul olur. Bəlli, bu gün ölkədə idman mərkəzləri, idman klubları mövcuddur. Həmin mərkəzlərdə həm ciddi təlimlər keçirilir, həm də idmanın sirlərini öyrənmək üçün lazımi imkanlar var. Əslində, məşqlər üçün təyin olunan məbləğ elə də böyük deyil. Kimsə istedadlıdırsa və onun o məbləği ödəməyə imkanı çatmırsa, o şəxsə pulsuz məşq üçün şərait yaradılır".
Həmsöhbətimiz hesab edir ki, idman sahəsini daha da inkişaf etdirmək üçün bölgələrdə idman məktəbləri açılmalıdır.
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Rio Olimpiya Oyunları hələ davam edir. Nəticələr hər an dəyişə bilər: "Dünyanın istənilən ölkəsində legioner idmançılar var.
Həmin legioner bizim bayrağımızı, dövlətçiliyimizi qəbul edərək bizim üçün mübarizəyə qatılırsa, əlavə söz deməyə ehtiyac yoxdur".
E.Cəfərovun sözlərinə görə, Olimpiya Oyunları bitəndən sonra hər bir federasiya öz hesabatını hazırlayacaq: "Mariya Stadnik kimi qadın idmançı neçə ilə yetişə bilər? Sambo üzrə Zülfiyyə Hüseynovanı əvəz edən yoxdur indi. Bu idmançıları əvəz edən yoxdur. Varsa, çıxsınlar ortaya".
Günel CƏLİLOVA





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı

19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı

18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı - 38 ölkədən XƏBƏRDARLIQ...

18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi - DİN-dən irimiqyaslı əməliyyat...

18.11.2026 / 19:06
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA

18.11.2026 / 18:53
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

18.11.2026 / 18:49
Türkiyədə AK Parti iqtidarı “Sözcü TV”-ni də bağladı, müxalifətə qarşı cəza yürüşləri davam edir...

18.11.2026 / 18:34
Din xadimləri dövlət qulluğunda işləyə bilməyəcəklər...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ