Türkiyənin Bolu vilayətində faciəli yol qəzası baş verib.
Baki-xeber.com-un CNN Türk-dən aldığı xəbərə görə, Bolunun Gerede rayonunda meydana gələn zəncirvari qəzada 3 nəfər həyatını itirib. Onlardan birinin Cumhurbaşqanı Ərdoğanın dayısı oğlu, 55 yaşlı Bayram Ali Mutlu olduğu bəlli olub. Onun partiyadaşı Ömer Çakırla birlikdə AK Parti Ərzurum Konqresinə qatıldığı, geri qayıdarkən isə qəzada ağır yaralandıqları, qaldırıldıqları Bolu xəstəxanasında həkimlərin bütün səyinə rəğmən həyatlarını itirdiyi bildirilir.