Erməni ordusunda döyüşsüz şəraitdə əsgər ölümləri davam edir.
Baki-xeber.com-un xəbərinə görə, bu gün saat 12 radələrində cəbhənin şimal-şərq istiqamətində tank əleyhinə qumbaranın partlaması nəticəsində qondarma “DQR ordusu”nun bir əsgəri ölüb, ikisi yaralanıb.
Bu barədə erməni saytları qondarma rejimin “müdafiə nazirliyinin mətbuat xidməti”nə istinadən xəbər verib.