Ziyarətdə olan azərbaycanlı zəvvar, Yardımlı rayon sakini Rauf Həbullah oğlu Musayev İraqda dünyasını dəyişib.
Bu barədə APA-nın cənub bürosuna açıqlamasında zəvvar Mirələm Həşimov bildirib. Onun sözlərinə görə, hadisə dünən baş verib. Belə ki, İraqın Samirə şəhərini ziyarət etdikdən sonra R.Musayev avtobusda ürək tutmasından dünyasını dəyişib.
Zəvvar yoldaşları R.Musayevi xəstəxanaya çatdırmaq istəsələr də, artıq gec olub.