Avrasiya İnkişaf Bankı “Trend” İnformasiya Agentliyinin müraciətindən sonra öz saytında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı yol verdiyi səhvi düzəldib.
Belə ki, bankın saytında Naxçıvan Muxtar Respublikası Azərbaycanın ərazisi kimi göstərilməmişdi. Agentliyin müraciəti ilə həmin səhv aradan qaldırılıb. Bankdan müraciətə cavab olaraq daxil olan məlumatda isə bildirilib ki, saytda yerləşdirilən xəritə coğrafi dəqiqliyə iddia etmir: “Bu xəritə əyani vəsaitdir və onun məqsədi Bankın üzv-ölkələrinin sayını göstərməkdir. Bu, Bankın bu və ya digər ölkənin hüquqi statusu, ərazi və ya inzibati vahidi barədə rəyini əks etdirmir, eləcə də sərhədləri müəyyən etmir. Diqqətinizə görə Sizə minnətdarlığımızı bildiririk. Səhvimiz yaxın zamanda düzəldiləcək”.