Bu gün Rusiya XİN başçısı Sergey Lavrovla ATƏT-in Baş katibi Tomas Qremingerin görüşü planlaşdırılıb.
Baki-xeber.com-un xəbərinə görə, RF XİN-in saytında verilən məlumatda danışıqların mövzuları sırasında Qafqazda sabitlik və Qarabağ münaqişəsinin xüsusi yer tutduğu bildirilir, münaqişənin çözümündə ATƏT-in aparıcı roluna diqqət çəkilir.