Qətərin müdafiə naziri Xalid əl-Əttiyə Səudiyyə Ərəbistanı və BƏƏ-nin Türkiyədə çevriliş planından xəbərdar olduqları barədə məxfi sənəd əldə etdiklərini açıqlayıb.
Baki-xeber.com-un "Eadaily”-yə istinadən xəbərinə görə, bu barədə "Al-Masdar News” portalı xəbər yayıb. Xəbərdə deyilir ki, həmin sənədə əsasən, Səudiyyə Ərəbistanı şahzadəsi və BƏƏ-nin müdafiə qurumu rəhbərliyi Türkiyə prezidentinə qarşı hərbi planın hazırlandığından xəbərdar olub. "Lakin nədənsə, onlar bu barədə Türkiyə rəhbərliyini məlumatlandırmağa lüzum görməyiblər”- deyə Əttiyə özünün tvitter hesabında yazır.
Bundan əlavə, Qətərin müdafiə rəhbərliyinin əldə etdiyi məlumatdan o da bəlli olub ki, çevriliş avqust ayına planlaşdırılıb, lakin bilinməyən səbəbdən irəli çəkilərək 15 iyulda hərəkətə keçilib.