Dünən irəvanın Azadlıq meydanına toplaşan minlərlə aksiya iştirakçısı vətəndaş itaətsizliyi qərarı verib.
Baki-xeber.com-un yerli mətbuata istinadən xəbərinə görə, bu barədə ilk təklifi "İrs” müxalifət partiyasının üzvü Armen Martirosyan səsləndirib. O deyib ki, Ermənistanın şəhərlərində təşkilatlanaraq mitinqlər, yolların blokada edilməsi kimi formalarla vətəndaş itaətsizliyi addımlarına başlamağın vaxtı çatıb. Erməni müxalifətçi onu da bildirib ki, "sasna dzrer” iyulun 17-də qiyam qaldırmaqla artıq prosesin başlanğıcını qoyub və bunu davam etdirmək gərəkdir.
Qeyd edək ki, dünən erməni müxalifəti azadlıq meydanına toplaşaraq iyulun 17-də silahlı dəstənin polis alayına hücumu ilə İrəvanın qaynar nöqtəsinə çevrilmiş Xorenasi küçəsinə doğru yürüş etməyi planlaşdırırdı. Lakin güclü yağış planın reallaşmasına mane olub və aksiya iştirakçıları bu gün saat 17:00-da yenidən toplaşmaq qərarı verərək dağılışıb.