Türkiyədə baş tutmayan hərbi çevriliş cəhdinin ardından Ankaranın Kazandakı baş konsulluğunun əməkdaşı Yaponiyaya qaçıb.
Baki-xeber.com-un "Eadaily”-yə istinadən xəbərinə görə, bu barədə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu bildirib. Ankarada brifinqdə çıxış edən Çavuşoğlu deyib ki, çevriliş cəhdindən sonra nazirliyin 88 nəfər əməkdaşı işdən çıxarılıb ki, onlardan 2 nəfəri səfirdir. Həmin şəxslərin Fətullah Gülənlə əlaqələrinin araşdırıldığını deyən Çavuşoğlu bu siyahının genişlənəcəyini də istisna etməyib.
Xatırladaq ki,iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd olub. Nəticədə 246 nəfər həlak olub, 2000-dən artıq insan isə yaralanıb. Bunun ardınca ölkədə kütləvi həbslər başlayıb.