Roma Papası Frensisk Polşada dini ayin zamanı huşunu itirib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Assosiated Press məlumat dərc edib. Xəbərdə deyilir ki, Papa Polşaya "Ümumdünya gənclər günü” katolik qurultayında iştirak etmək üçün gedib. Tədbir Polşanın Krakov şəhərində 26-31 iyul tarixlərində keçirilir.
Xəbərdə o da bildirilir ki, bayılmanın ardından Papa çox keçmədən özünə gələrək katoliklər qarşısında çıxışını başa vura bilib.