Türkiyə kəşfiyyatı Fətullah Gülənin ABŞ-dan qaça biləcəyilə bağlı hökumətə xəbərdarlıq edib.
Baki-xeber.com-un "Reuters”ə istinadən xəbərinə görə, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bəyan edib. Nazir deyib ki, nurçu təriqətinin dini lideri Meksika, Kanada, CAR, yaxud da Misirə qaça bilər.
Bəkir Bozdağ deyib ki, Gülən 40 ildir ölkədə çevriliş hazırlayır və çevrilişin ardından Türkiyəyə qayıtmağı planlaşdırırdı.
Xatırladaq ki, iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd olub. Nəticədə 246 nəfər həlak olub, 2000-dən çox insan yaralanıb. Ölkənin enerji naziri Berat Albayrakın sözlərinə görə, Türkiyə vətəndaşlarının 95 faizi çevriliş cəhdinin arxasında Fətullah Gülənin durduğuna əmindir. Bu barədə isə "The Hürrriyet Daily News” məlumat dərc edib.