Qalmaqallı WikiLeaks saytının qurucusu Julian Assanj ABŞ prezidentliyinə namizədlərlə bağlı qeyri-adi dəyərləndirməsilə yenidən gündəmə gəlib.
Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, Assanj Hillari Klintonla Donald Tramp arasında seçim etməyi vəba ilə qonoreya arasında seçimlə müqayisə edib. "Məndən soruşursuz ki, vəba və qonoreyadan hansını seçərdin, mən bunların heç birini istəmirəm” – o deyib. WikiLeaks yaradıcısı onu da deyib ki, hansı partiyanın hakimiyyətə gəlməyindən asılı olmayaraq onun tez bir zamanda "bürokratiyaqa yoluxacağına” şübhə etmir.