Saksoniya polisi müsəlman sələfilərin Hildeshaym şəhərindəki ənzillərində axtarış aparıb.
Baki-xeber.co-un gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə "Der Spiegel” ölkə XİN-dən verilən açıqlamaya əsasən xəbər yayıb. Xəbərə görə, burada söhbət Deutschsprachiger Islamkreis Hildesheim (DIK) birliyinin 8 liderindən gedir. Bildirilir ki, polisə onların seminar və mühazirələr təşkil edərək, mülayim müsəlmanlara "dinsizlərə və kafirlərə nifrət” təlqin etdiyinə dair məlumat daxil olub. Saksoniya daxili işlər naziri Boris Pistorius deyib ki, bir neçə aylıq hazırlıqdan sonra bu axtarışla təşkilatın qadağan edilməsi yolunda önəmli addım atılmış oldu.
Hələlik axtarışların detalları açıqlanmır.