şənbə günü, 31 oktyabr 2026
     

Əli bəy Azəri qocalıq demir əlli yaşına...

Image


"Xəzan" jurnalının baş redaktorunun 50 yaşı tamam olub...

Hər dəfə onu görəndə illər əvvələ qayıdıram. Tələbəlikdə qoyub gəldiyim günlər yadıma düşür, hadisələrə, münasibətlərə yenidən boylanmalı olursan. Təəssüf ki, o günlərin donmuş şəkilləri boylanır üzümüzə. O illərdən isti, səmimi münasibətlər, qırılmaz dostluq bağları, xoş ülfət də miras qalıb. Bəli, o günlər bir mənəvi mirasdır ki, nə qədər xərcləyirsən bitib-tükənmir.
Uzaq tələbəliyimdən tanıdığım həmkarım, "Xəzan" jurnalının baş redaktoru, yazıçı-publisist, müəllim Əli bəy Azərinin 50 illik yubileyidir. İllər ötür, yaş öz işini görür, insan zahirən dəyişsə də, daxili əvvəlki kimi qalır. Əli bəy Azəri daxilən həmişəki kimidir desəm, dostlarımız irad bildirməz. Çünki onlar da Əli bəyin bu müsbət keyfiyyətini sezməyə bilmir. Bəli, yaş ötür. Əlli yaşa hər müdrik bir tərif verib, bir anlam gətirib. Biri deyir qocalığa gedən yolun başlanğıcıdır, o biri deyir qocalığın gəncliyidir, başqa birisi o yandan səslənir ki, yox, əlli yaşlı adam tamam qocadır. Bəs görək xalq şairi, görkəmli söz sənətkarı Tofiq Bayram nə deyir?
Qocalıq demirəm əlli yaşıma,
Sinəmdə cavanlıq atəşi yanır.
Təbriklər gül kimi yağır başıma,
Hər dost nəfəsindən ömrüm uzanır.
Yazıb-yaratmaqdan doymuram qəti,
Hələ dincəlməyə yoxdur macalım.
Görüb eldən gələn bu məhəbbəti,
Mənim nə haqqım var vaxtsız qocalım.
Tofiq Bayramın bu şeirindən yaxşı əlli yaşa qiymət vermək mümkün deyil. Başqa bir şair isə deyirdi ki: "Əllinin əlli cür əlifbası var". Bu da doğrudur. Əlli elə belə əlli olmur ki, tufanlara sinə gərir, illərin daşlı-kəsəkli, odlu-alovlu yollarını keçir, lap elə Tanrı dağlarını aşıb gəlir. Əllinin içində nə qədər sirr var, nə qədər də hikmət var. Əsrin yarısını tamamlayan qələm qardaşımız Əli bəy Azəri 50 yaşda özünü necə hiss edir? Bir neçə gün gördüm. Elə bil əlli yaşı tamamlayan o deyil, gənclik ruhundadır.
Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Əli bəy Azəri bir qələm adamı kimi həm mətbuatda, həm də ədəbiyyatda, publisistikada öz sözünü deyib, bu gün də deyir, sabah da deyəcək, buna heç kəsin şübhəsi yoxdur. Uzun illər müxtəlif təhsil ocaqlarında müəllimlik edib, Azərbaycan Beynəlxalq Universitetində işləyib, "Rəsmi Bakı" qəzetinin baş redaktoru kimi mətbuatımıza fayda verib, rəhbərlik etdiyi qəzet cəmiyyətin güzgüsünə çevrilən qəzetlərdən olub. Harada olubsa, xalqa, dövlətə vicdanla, sədaqətlə xidmət edib. Mən Əli bəyi tələbəlik illərindən tanıyıram. O vaxt da çox etibarlı dost, müəllim kimi tələbələrin istəklisi idi. Doğru duydunuz, Əli bəy tələbələrə dost olan müəllim idi. Müəllimlər adətən tələbə ilə dostluq münasibəti qurmağa elə də meyl göstərmir, ancaq Əli bəy həmkarlarından fərqli olaraq tələbələrə dost münasibət bəsləyirdi.
Əli bəy Azərinin 50 illik yubileyi ilə bağlı yubilyarın ünvanına Azərbaycan Yazıçılar Birliyindən gələn təbrik məktubunda onun ədəbi fəaliyyətinə yüksək qiymət verilir:
"Hörmətli Əli bəy Azəri! Sizi, istedadlı yazıçını 50 yaşınızın tamam olması münasibətilə təbrik edirik. Siz ədəbi fəaliyyətə ötən əsrin 80-ci illərində başlamısınız, ilk qələm təcrübələriniz mətbuatda işıq üzü görüb. Şeir, povest və hekayələriniz, habelə rus ədəbiyyatından etdiyiniz tərcümələr müxtəlif mətbuat orqanlarında dərc olunub. Bir ədəbi müsabiqənin qalibi olmusunuz. Əsərləriniz Mədəniyyət və Turizm Nazirliyi və Yazıçılar Birliyinin birgə nəşr etdiyi "Poeziya günü" almanaxına və digər almanaxlara daxil edilib. "Yurd nisgili", "Şah dərəsi", "Qəmlibel müsibəti", "Özününkülərinin hədəfində", "Hərbi Zəngilan", "Məhəbbət piyaləsində zəhər", "Arazgersdən keçən köç", "Çovğun", "Generalın refreytor vəkili", "Gəlin tanış olaq" və "Şəhərli qızın dəli sevgisi" adlı on bir kitabın müəllifisiniz. Dağlıq Qarabağ ətrafında gedən döyüşlərdən bəhs edən "Hərbi Zəngilan", "Qəmlibel müsibəti" və "Arazgersdən keçən köç" roman və povestləriniz maraqla qarşılanıb".
Qeyd edək ki, Əli bəy Azəri azğın ermənilərə qarşı barışmaz mübarizə aparan vətən oğullarından olub. Hazırda Qarabağ müharibəsi veteranıdır.
Qarabağda gedən döyüşlərin içində olan Əli bəy müharibədə gördüklərini qələmə alıb. Yaşadığı, gördüyü hadisələri yazıya çevirə bilmək bacarığı isə hər kəsə verilmir. Bu mənada Əli bəy xoşbəxt qələm adamıdır ki, gördüklərini, içində olduğu münaqişənin təfərrüatlarını qəhrəmanlarının dili ilə nəql edə bilir. İnsan ya vətənpərvər olur, ya olmur. Əli bəy ruhən, qəlbən, can-başla vətənə bağlı ədəbiyyat adamı, qələm qardaşımızdır.
Şair-publisist, Beynəlxalq Rəsul Rza mükafatı laureatı Əli Rza Xələfli "Əli bəy Azərinin əlli yaşını deyil, əllinci yayını salamlayırıq" yazısında ustad jurnalistin yubilyarın yaradıcılığına, fəaliyyətinə, şəxsiyyətinə orijinal münasibətini, özünəxas təhlillərini görürük. Əgər Əli Rza Xələfli Əli bəyin yaradıcılığına belə isti, obyektiv münasibət bəsləyirsə, bu yüksək dəyərdir. Bircə onu deyə bilərəm ki, Əli bəy, ustaddan hər adam xoş söz eşidə bilmir, siz buna layiqsiniz deyə o öz isti münasibətini əsirgəməyib: "...Publisistik fəaliyyəti ilə bərabər ədəbi proseslərdə seçilmək, hətta çox fərqlənmək iddiası onu bir an rahat buraxmırdı. Tez-tez kiçik hekayələri ilə müsabiqələrdə iştirak edir, qələm məhsullarını almanaxlarda dərc etdirirdi. Əksər hallarda uğur qazanır, müsabiqədə qaliblərdən biri olurdu.
Onda bir müstəqillik işığı daima parlayırdı. Bəlkə də bu gün Azərbaycan ədəbi mühitində bir neçə müstəqil ədəbi-bədii jurnala paralel olaraq mütəmadi nəşr olunan "Xəzan" jurnalına baş redaktor olması onun istəklərindən birinin gerçəkləşməsi kimi başa düşülməlidir. Bəlkə də bu istək onun müstəqil şair və yazıçıların ağsaqqalı olmağınamı, yaxud ağsaqqal kimi görünməyinəmi can atmasıdır? Daxilində hansı təkamüllər tüğyan edir, tarixi araşdırmalarına son qoymasına nə səbəb oldu, ədəbi fəaliyyəti temp götürəndən sonra publisist fəaliyyəti niyə zəiflədi və bu kimi onlarla suala cavab tapa bilmədiyimdən, onların üstündən sükutla keçməli oluram. Çünki bu, yazıçının həyatıdır. O, öz həyatını yaşayır, hansı mərhələdə nə kimi döngələrdən keçəcəyi bəlkə də heç onun özünə də bəlli deyil.
Budur o, əlli yaşına gəlib çatıb. Xarici görkəminə görə əlli yaşına müvafiq görünsə də, fiziki çevikliyi, mənəvi gümrahlığı, yaradıcılıq enerjisi yaşından daha cavan hiss olunur. Bu heç də tərif deyil, bu bir reallıqdır. Eyni zamanda Əli bəyin elə bənzərsiz hərəkətləri var ki, ona tərifdən də yüksəkdir və qeyd etməyə dəyər...".
Əli bəy Azəri ilə bağlı maraqlı yanaşma sərgiləyən Xələflinin düşüncələri qeyri-adidir.
Əli bəy son zamanlar özünü "Xəzan" jurnalına həsr edib. Jurnalın hər sayında oxuculara gözəl töhfələr gətirir. Söz boğçasını açıb tökür oxucuların qabağına ki, kim hansı əsəri, hekayəni, şeiri, məqaləni bəyənir seçib oxusun. Şişirtmədən deyim ki, "Xəzan" çox maraqlı jurnaldır. İlk sayını təsadüfən qonşu redaksiyalardan birində gördüm. Adı kimi içindəki bədii nümunələr də hədsiz maraq doğurur. Diqqətçəkən məqamlardan biri odur ki, Əli bəyin jurnalında müxtəlif yaş qrupunda olan qələm adamlarının əsərləri dərc edilir. Bu gün Azərbaycanda ədəbi-bədii jurnallar içində "Xəzan"ın öz yeri var. Artıq bu dərgi özünə ədəbi ictimaiyyətdə yer tutub. Burada tanınmış adamların qələm məhsullarının görünməsi, keyfiyyətli nümunələrin çap olunması təqdirəlayiq işdir.
Əli bəy Azəri haqqında çox danışmaq olar. Əlbəttə, qələmi, sözü, keçdiyi həyat, döyüş yolu ilə Əli bəy bunu haqq edib. Əlli yaşına qovuşan Əli bəy ədəbiyyatımız üçün böyük işlərə imza atıb. Bundan sonra da qələm yoldaşımızın daha böyük uğurlarına şahidlik edəcəyik. Çünki o buna can atır, bir yerdə dayanmağı sevmir, yaradıcılıq axtarışındadır...
Əlli yaşın rüzgarı necədir mən bilmirəm... Ancaq yaşayanlar deyir ki, əlli yaş insanın müdriklik həddinə qədəm qoymasıdır. Eldə əlli yaşla bağlı bir örnək var: "Yaşın oldu əlli, demək adın bəlli". Babalarımız haqlı olaraq deyir ki, insan nə qazansa, əlli yaşına qədər qazanmalıdır, bundan sonra qazancının nə özünə, nə də ətrafına faydası dəyər. Qələm qardaşımız Əli bəy Azəri əlli yaşında adı bəlli kişilərdəndir. Əli yaşına qədər qazancı dürüstlük, mərdlik, mənəvi təmizlik, qeyrətli vətəndaş olması, qələm nümunələri və başqa dəyərlərdir. Əziz həmkarımız, dəyərli söz adamı Əli bəy Azərini 50 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, yaradıcılıq uğurları diləyirik!
İradə SARIYEVA






VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ