şənbə günü, 31 oktyabr 2026
     

"Hər nə yazırsınız yazınız, amma müsəlmanları tərifləyin, müsəlmanların yaxşılığını yazınız..."

Image


Cəlil Məmmədquluzadənin xatirələrindən
Niyə yazıram və ya acı həqiqətlər...

Keçən əsrin 50-ci ilində Ağdaş rayonunun Qülbəndə kəndində müəllim ailəsində dünyaya göz açmışam. Müharibənin ağrı-acısının, fəlakətinin hələ də yaşadığı növbəti onillikdə - 50-ci illərdə kənd həyatının məşəqqətləri məndə "çətinliklərə sinə gərən" obrazının ilk ştrixlərini formalaşdırmışdır. Evin ilk övladı, həm də gələcəkdə ailədə "böyük qardaş" titulunun daşıyıcısı idim.
Sonralar həyatda nə qazanmışamsa, bunun üçün valideynlərimə borcluyam. Bir də yalnız özümə məlum olan titanik zəhmətim köməyimə çatmışdır. Mənə həyatda əl tutan yaxşı insanlar da olub, onları heç zaman unutmayacağam.
Atam 47 il dil-ədəbiyyat müəllimi işləmiş, bir neçə nəslin tərbiyəçisi olmuşdur. Şagirdləri indiyə qədər onun adını böyük ehtiramla çəkir, ruhunu xüsusi hörmətlə yad edirlər.
Anamın əyalət qadını kimi yaşam tərzi həm də onun analıq missiyasının çətinliyinin göstəricisi olmuşdur və o, mənim həyatımda əlahiddə önəm kəsb etmişdir. Dövrün və zamanın çətinlikləri ilə yanaşı, ailədə 10 övladın böyüməsi də əzabkeş ANA obrazının məziyyətlərini göz önündə canlandırır. Yadımdadır, o zaman SSRİ Ali Sovetinin qərarı ilə ona "Qəhrəman ana" fəxri adı verilmişdi. Rəhmətlik anam qayğımızı elə çəkirdi ki, səliqəmiz, səhmanımız yerli-yerində olardı. Paltarlarımız nimdaşdı, amma təmiz idi. Onun möhtəşəmliyi gözlərimdə elə şahanə ANA heykəli ucaltmışdı ki, mənim nəzərimdə çirkin qadın obrazı qalmamışdı. Əgər varsa da, bu, sərt həyatın günahıdır.
"Sərt həyat" demişkən, fikirləşirəm ki, bəlkə elə məni əlimə qələm almağa o məcbur edib? Hə, məhz acı həqiqətlər həyatın sərtliyindən doğur... Ömrüm boyu gözəl, işıqlı insanlar, son dərəcə layiqli işlər, əməllərlə yanaşı, haqsızlıqları, ədalətsizlikləri də çox görmüşəm.
Ailəmizin üzvləri haqsızlığa, ədalətsizliyə heç vaxt dözməmişlər. Mən belə görmüşəm, belə tərbiyə almışam. Həyatımın çoxu mübarizələrdə keçib. Qalib gələn vaxtım da olub, məğlub olan vaxtım da. Amma mübaliğəsiz deyirəm və güman edirəm ki, başqaları da bu fikirdədir - həyatda pislik yaxşılıqdan daha çoxdur. Həmişə də düşünmüşəm ki, yaxşı ki, yaxşılıq var, yaxşılar var, yoxsa bu dünyada yaşamaq çox çətin olardı.
Sovet dövrü idi. Mən çox balaca idim. Bir dəfə gördüm atamın qanı qaradır. Ehtiyatla soruşdum ki, nə olub? O, əvvəlcə səbəbini demək istəmədi. Bəlkə də mənim kiçik qəlbimi qaraltmaq istəmədi, lakin israr edəndə dilləndi: "Oğul, bu rayonun prokuroru camaatı da, məni də incidir". Yaşımın az olmasına baxmayaraq, bilirdim ki, doğrudan da prokuror kənddə çox adamı incidir, onlardan müxtəlif bəhanələrlə rüşvət alır. Onun adı gələndə kənd adamları tir-tir əsirlər. Bəs, atamdan nə istəyirdi bu prokuror? O ki, sadə bir insan, təmiz bir kənd müəllimi idi. Heç demə, birdən-birə hamının həyətyanı torpaq sahələrini ölçmüşlər, məlum olmuşdur ki, atamın atasından qalma 0,5 sot torpaq sahəsi artıqdır. Həm də bu elə bir torpaq sahəsi idi ki, onun nə dövlətə, nə də başqa insanlara istifadəyə verilməsi mümkün deyildi. Bəli, həmin torpaq prokurora lazım deyildi, prokurora pul lazım idi... Müəllim işləyən atamın isə ona veriləsi pulu yox idi. İllər keçdi, indi ürək ağrıdıcı olsa da, Azərbaycan xalqının tanıdığı həmin prokurorun oğlanları dövlət çevrilişinə cəhd etdilər, bütün ailə dağıldı, keçmiş prokurorun özü isə həyatdan getdi ...
Sonralar kənddə, rayonda vəzifəli şəxslərin camaatın başına nə oyunlar gətirdiklərinin şahidi oldum. Ömründə dollar görməyən adamlardan dollar tələb olunurdu. Bakıya gələndən sonra qəzetlərin birində məqalə yazdım və kənddə niyə yaşamaq istəmədiyimin səbəblərini göstərdim. Orada qeyd etdim ki, rayonda beş kişi var, qalanları millətin yazıq bəndələridir. Beş kişi kimlər idi? Raykom katibi, prokuror, məhkəmənin sədri, polis rəisi və Xalq Nəzarəti Komitəsinin rayon şöbəsinin sədri...
Böyük şəhərdə isə biz heç vaxt belələrini tanımırıq, tanımağa da borclu deyilik! Odur ki, Bakı şəhərində qalıb yaşamağı rayonda, kənddə yaşamaqdan üstün tutdum. İndi də görürəm ki, düz etmişəm.
Bir müddət sonra qardaşlarım, bacılarım da bir-birinin ardınca Bakıya oxumağa və ya işləməyə gəldilər. Mən doğrudan da onlara "böyük qardaş" oldum. Və hər işlərinə bacardığım köməkliyi göstərdim. Özüm isə qəzet-jurnal redaksiyalarında uzun illər işlədim, yazıçı kimi bədii kitablarım nəşr olundu, Milli Məclisin deputatı oldum, Türkiyə Cumhuriyyətinin İstanbul şəhərində 5 il 4 ay Azərbaycan Respublikasının Baş konsulu vəzifəsində işlədim, 1-ci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi rütbəsi aldım. Pyeslərim tamaşaya qoyuldu. "Qızıl qələm", "Araz Ali Ədəbi mükafatı", Moskvada çıxan "Trud" qəzetinin Fəxri fərmanı, Respublika Mətbuat Fondunun "Dan ulduzu" ... mükafatları ilə təltif olundum. Rəşid Behbudov adına Mahnı Teatrında 50 illik yubileyim keçirildi. Azərbaycanın görkəmli ədəbiyyat və incəsənət adamları, elm və mədəniyyət xadimləri, yaradıcı insanlar məni təbrik etdilər. Heydər Əliyev Sarayında Azərbaycanda ilk dəfə "Bilirəm, səsim xoşunuza gəlməyəcək..." adlı satira gecəsi keçirdim. Muğam Teatrında 55 yaşımın tamamında təntənəli yaradıcılıq gecəsi oldu, həmin gecə tam şəkildə Azərbaycan Milli Televiziyasında nümayiş etdirildi.
Vaxtilə mətbuatda Heydər Əliyevə qarşı hücumların qarşısına təkbaşına çıxanda, bir-birinin ardınca həyatım üçün təhlükəli yazılar dərc etdirəndə "Niyə Heydər Əliyevdən yazırsan?" - deyə məni dörd dəfə qəzet redaksiyalarından uzaqlaşdırdılar. Heydər Əliyev Kommunist Partiyasının sıralarını tərk edərkən qeydiyyatda olduğu SSRİ Nazirlər Sovetinin ilk partiya təşkilatına göndərdiyi bəyanatda məni nəzərdə tutaraq (bunu mənə özü demişdi) yazırdı: "Azərbaycanda mənim çıxışlarımı dərc edən qəzet redaktorları, jurnalistlər işdən çıxarılır, təqiblərə məruz qalırlar".
Qəribədir, onda da işsiz qalmışdım, indi də işsizəm. Amma mən tamamilə işsiz deyiləm. Yaradıcılıqla məşğul olmaq, əsərlər yazmaq da işdir. Həm də çox şərəfli işdir...
Yuxarıda qeyd etdim ki, qardaşlarım və bacılarım Bakıya oxumağa və işləməyə üz tutdular. Kənddəki evimiz, atamın sağlığında əkib-becərdiyi meyvə ağacları ilə dolu böyük həyətimiz tamamilə sahibsiz qaldı. 20 ilə yaxındır ki, kəndə gedib öz ata evimizdə şəraitsizlikdən gecələyə bilmədiyimiz üçün bu uzun yolu (240 km) geri qayıtmağa məcbur oluruq. Əziz oxucular elə düşünməsinlər ki, biz məsuliyyətsizcəsinə ata evini sahibsiz qoymuşuq. Yox, belə deyil. Evi dəfələrlə təmir etdirmişik, lakin orada insan nəfəsi duyulmadığı üçün yenə dağılmışdır. Yaşayıb boya-başa çatdığımız həyətimizdə necə ev tikək? Uzun illərdir bu barədə fikirlərim gecələr də mənə rahatlıq vermir. Maddi cəhətdən çətinliklər buna imkan vermədikcə dərddən bel bükülür...
Bu, acı həqiqət deyilmi?
Ömrümüz boyu bütün nəslimizdə bircə vəzifəli adamımız olmayıb, indi də yoxdur. Siz bilən, möhtərəm oxucular, bu nəsildə var-dövlətli adam ola bilərmi? Axı, biz qabiliyyətsiz adamlar deyilik!..
Deyiləsi, yazılası çox sözlər, fikirlər var. Ancaq hər şeyi demək, yazmaq olmur. Mən yuxarıdakı acı həqiqətləri ona görə yazmadım ki, kimdənsə kömək istəyirəm və ya kiminsə bizə ürəyi yanmasını gözləyirəm. Qətiyyən belə deyil. Onsuz da bu insani xüsusiyyətlər indi yox dərəcəsindədir, laqeydlik hökm sürür. Böyük Sabir demişkən, "Əvvəl nə idiksə, yenə biz şimdi hamanız". Bunları ona görə deyirəm, yazıram ki, niyə əlimə qələm götürdüyümü, niyə yazdığımı açıqlaya bilim.
Biz hansı cəmiyyətdə yaşamışıq, hansı cəmiyyətdə yaşayırıq, sabah hara gedirik? Bu fikirlər məni narahat edir, ona görə yazıram.
Xalqı, vətəni, torpağı sevdiyimdən yazıram.
İnsanlara məhəbbətimdən yazıram.
Vaxtilə Mirzə Cəlil, Sabir, Haqverdiyev... niyə yazırdılar? Mən də ona görə yazıram.
Böyük-böyük vəzifəlilər ekranlara çıxıb məntiqli, mənalı bir söz deyə bilmirlər, özlərini xalqa sevdirə bilmirlər, heç çoxunun savadlı bir arayış yazmaq qabiliyyəti də yoxdur. Mən ona görə yazıram ki, onlardan qat-qat üstünlüyümü nümayiş etdirim.
Yaltaqlıq, yalan, üzgörənlik, bir neçə sifətlilik və bu kimi qeyri-insani xüsusiyyətlər baş alıb gedir. Mən yazıram ki, bütün bunların əksi insani xüsusiyyətlər - qürur, doğruçuluq, haqq-ədalətdir. Mən yazıram ki, insanın bir sifəti olar!
Yazdıqlarım cəmiyyətə lazım ola bilər, ona görə yazıram.
Qələmimlə kimə isə təsir edə biləcəyimi düşündüyümdən yazıram.
Xalqımızın yaradıcı insanlara, qələm sahiblərinə hörmət bəslədiyini, onları daim əziz tutduğunu hiss etdiyimdən yazıram.
Cəmiyyətdə saysız-hesabsız nöqsanlar, çatışmazlıqlar, eybəcərliklər var, onlardan yazıram.
Başa düşmək istəməyənləri, özlərini bilməməzliyə qoyanları anlatmaq üçün yazıram.
Mahallara, kəndlərə, məhəllələrə bölünənlərdən yazıram.
Həqiqətin işığını, nurunu görmək arzusunda olduğum üçün yazıram. (Hərçənd, bu yolda çoxları məhv olub...)
Xalqımızın birliyini görmək istəyirəm, ona görə yazıram.
Laqeyd, lovğa, çırağı heç kimə işıq salmayan insanları görməyə gözüm yoxdur, onlardan yazıram.
Gülə-gülə ağlamağı, ağlaya-ağlaya gülməyi bacaranlar üçün yazıram.
Həyatın çətinliklərinə, məhrumiyyətlərinə, ehtiyaclarına qəh-qəhə çəkmək üçün yazıram.
İnsanları alçaltmağa, sındırmağa çalışanlara nifrətimdən yazıram.
İnsanın gərək mövqeyi olsun. Mövqesizlərdən yazıram.
Hərə öz yerini bilməlidir. Öz yerimi bildiyim üçün yazıram. Yerini bilməyənlərə öz yerlərini göstərmək üçün yazıram.
Yaxşını pisin ayağına verənlərdən yazıram.
Gülüş yaratmaq, dodaqlara təbəssüm qondurmaq üçün yazıram.
Konkret olaraq "simpatiyam" və "antipatiyam" olan adamlardan yazıram.
Daxilən azad olduğum üçün yazıram, azadlıqdan yazıram.
Məddahlardan, böyüklər qarşısında ikiqat əyilənlərdən, fırıldaqçılardan, avamlardan, cahillərdən və ümumiyyətlə, cəmiyyətdəki rəzalətlərə səbəb olanlardan yazıram.
Nəhayət, mollanəsrəddinçilik işini davam etdirənlərdən biri olmaq arzusu ilə yazıram...
Lakin bütün bunlar niyə yazdığımı tam açıqlamaq üçün çox azdır. Ona görə, gərək ömrümün axırına qədər yazam...
Xeyrəddin QOCA






VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ