ABŞ prezidenti Barak Obama ölkə liderliyinə namizəd "demaqoq” Trampı faşistlərlə, kommunistlərlə və terrotistlərlə müqayisə edib.
Baki-xeber.com-un ria.ru-ya istinadən xəbərinə görə, Obama deyib ki, istər faşist, istər kommunist, istərsə də cihad deyən terrorist olsun, bizim dəyərlərimizi təhdid edən hər kəs sonda məğlubiyyətə məhkumdur. Filadelfiyada Demokratlar partiyasının qurultayında 45 dəqiqə çıxış edən Obama amerikalıları məhz bu səbəblərdən dolayı Klintona səs verməyə çağırıb. Obama deyib ki, iti ağlı. Qətiyyətilə xanım Klinton Ali baş komandan olmağa ən layiqli namizəddir.