TRT kanalının TRT WORLD ingilisdilli versiyası çevriliş cəhdi ilə bağlı həqiqətləri dünyaya çatdıqmaq məqsədilə sənədli film çəkilişlərinə başlayır.
Baki-xeber.com bu barədə Anadolu Agentliyindən xəbər əldə edib. Xəbərə görə, bu barədə Agentliyə TRTWORLD – un xəbərlər departamentinin rəhbəri Fatih Ər və redaktor Rəsul Sərdar Ataş danışıb. Onlar bildiriblər ki, xarici mətbuatda 15 iyul hadisələrilə bağlı müşahidə etdikləri qeyri-obyektivlik onları bu işə sövq edib. Bu tendensiyanı "Ərdoğanafobiya” adlandıran Fatih Ər deyib ki, Qərb mətbuatının üküizlülüyünün səbəbini Ərdoğana olan antipatiyada görür. Onun fikrincə, məhz bu antipatiya üzündən onlar obyektiv mövqe sərgiləyə bilmir. O deyib ki, hadisənin canlı şahidləri kimi, sənədli filmlər vasitəsilə dünyanı olay barədə məlumatlandırmaqda davam edəcəklər.
Xatırladaq ki, 15 iyul tarixində Türiyədə hərbi çevrilişə cəhd edilib və bu zaman TRT kanalı zorakılığa məruz qalıb.