Üçqat dünya çempionu olan idmançımız qəfilürək tutmasından dünyasını dəyişib.
Baki-xeber.com-un sputnik.az-a istinadən xəbərinə görə, 22 yaşlı Zərdüşt Həsənov ötən gün evdə tək olub və səhhətində qəfil problem yaranıb. İdmançı ürək çatışmazlığından həyatını itirib. Poverliftinq idman növü üzrə 9 qat Azərbaycan, 3 qat Avropa və dünya çempionu olan Zərdüşt Həsrətovun dünyasını dəyişməsi barədə agentliyə Poverliftinq Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Allah rəhmət eləsin