Türkiyə "Türk axını” layihəsini reallaşdırmaqda yenidən maraqlı görünür.
Baki-xeber.com-un utro.ru saytına istinadən xəbərinə görə, məsələ ilə bağlı nazirlər səviyyəsində baş tutan görüşdə artıq irəliləyiş əldə olunub. "Qazprom” rəhbərinin müavini Aleksandr Medvedyev jurnalistlərə deyib ki, yaxın zamanlarda hökumətlərarası saziş imzalana bilər. Onun sözlərinə görə, məsələ ilə bağlı detallı açıqlamalar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğnla Rusiya prezidenti Vladimir Putin arasında avqustun 9-da baş tutacaq görüşün ardından veriləcək. Medvedyev deyib ki, məsələni Türkiyə tərəfi gündəmə gətirib. Belə ki, Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi ölkəsinin bu layihənin gerçəkləşməsində maraqlı olduğunu açıqlayıb.
Öz növbəsində Türk naziri Nihat Zeybekçi də layihənin gerçəkləşməsində irəliləyişin olduğunu deyib.