Müdafiə Sənayesi Nazirliyinin Şirvan ”Araz” zavodunda baş vermiş hadisə nəticəsində zavodun iki əməkdaşı – Məmmədov Ağamir Allahyar oğlu və Nuriyeva İlhamə Əsgər qızı dünyasını dəyişib.
Nazirlikdən "Trend”-ə verilən məlumata görə, iyulun 26-da saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan ”Araz” zavodunda hadisə baş verib.
Bundan öncə hadisə nəticəsində 11 nəfərin xəsarət aldığı bildirilirdi.