Rusiyanın "Sezar Kunikov” desant gəmisi Qara dəniz istiqamətində Bosforu keçərkən onu Türkiyənin sualtı qayığı müşayiət edib. Baki-xeber.com-un xəbərinə görə, bu barədə Türkiyənin "Zaman” qəzeti yazıb.
Xəbərdə bundan bir gün öncə "Sezar Kunikov”un Dardanel boğazını keçdiyi bildirilir. Yerli mətbuatın xəbərinə görə, hərbi gəminin ekipajı Bosforu keçərkən bəzi foto və video çəkilişlər aparıb.
Xatırladaq ki, "Sezar Kunikov”un adı bir həftə öncə də gündəmə gəlmişdi. O zaman onun göyərtəsində çiynində raketvuran silah tutmuş hərbçinin görüntülənməsi iki ölkə arasında siyasi qalmaqala yol açmışdı.