"Crocus Group”un vitse-prezidenti, müğənni Emin Ağalarov "Rusiya media qrupu” şirkətinin ortağı, sabiq baş direktoru Sergey Kojevnikovla birlikdə telekanal açır. APA-nın "Kommersant”a istinadən verdiyi məlumata görə, "Tvoy dom” (Sənin evin) adlı telekanalın efiri əsasən təmir və tikintiyə həsr olunacaq.
Telekanal peyk və kabel şəbəkələri vasitəsi ilə yayımlanacaq.