Ər-Riyadda 34 islam ölkəsi bir araya gələrək "İslam dövləti” terrorçu təşkilatına qarşı koalisiya yaratmaq qərarlarını açıqlayıb. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən bildirir.
Səudiyyə Ərəbistanının rəsmi informasiya agentliyi SPA bildirir ki, İslam Əməkdaşlığı Təşkilatı (İƏT) terrorizmlə daha effektiv mübarizə aparılması məqsədilə 34 islam dövlətinin birləşdiyi koalisiya yaratmaq barədə qərar qəbul edib. Siyahıda aşağıdakı ölkələr yer alır: Səudiyyə Ərəbistanı, İordaniya, OAE, Pakistan, Bəhreyn, Banqladeş, Benin, Türkiyə, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Somali, Syerra leone, Qabon, Qvineya, Fələstin, Komor federal islam respublikası, Qətər, Fil Dişi Sahili, Küveyt, Livan, Liviya, Maldiv respublikası, Mali, Malayziya, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya və Yəmən.
İslam koalisiyasının Beynəlxalq koalisiyadan ayrı fəaliyyət göstərəcəyi, yaxud fəaliyyətini onunla koordinasiya edəcəyi barədə hər hansı qərar açıqlanmır.