Şimali Qafqaz hərbi dairə məhkəməsi Dağıstanın Kirov vilayətinin iki sakininə 4 il həbs cəzası kəsib. Baki-xeber.com bu barədə Vestnik Kavkaza saytına istinadən bildirir.
Kuban Prokurorluğunun mətbuat xidmətindən onların həm də terrorçu təşkilatın fəaliyyətində iştirak etdiyi bildirilib. Belə ki, ötən ilin dekabr ayından bu ilin martına kimi Əsgər Əbumüslümov və Albert Minatullayev hər hansı sərnişin və ya yük gəmisinin göyərtəsinə düşməyə cəhd göstəriblər. "Bununla onlar Türkiyə ərazisindən keçməklə Səudiyyə Ərəbistanında İŞİd-ə qoşulmaq məqsədi güdüblər”- deyə TASS-ın məlumatında bildirilir. Əbumüslümov və Minatullayev Krasnodar diyarının hüquq-mühafizə orqanları tərəfindən aşkarlanaraq göz altına alınıb.