Rusiya Federasuyasının Türkiyədəki səfiri Andrey Karlov Su-24 olayının ardından iki ölkə arasında yaşanan gərginliyin aradan qaldırılmasının üç şərtini açıqlayıb. Baki-xeber.om-un xəbərinə görə, bu barədə "Интерфакс" xəbər verir.
Türkiyənin "Cumhuriyyət” qəzetinə müsahibəsində səfir deyib ki, birinci şərt Türkiyənin üzr istəməsidir. İkinci şərt kimi o, günahkarların tapılaraq cəzalandırılmasını göstərib. Üçüncü şərt isə, səfirin sözlərinə görə, Türkiyə tərəfinin faciə nəticəsində Rusiyaya dəyən ziyanı kompensasiya etməsidir. "Bizim gözləntilərimiz özünü doğrultmasa, Türkiyənin bundan sonrakı bəyanatları situasiyanı dəyişməyəcək” – deyə o bildirib. Rusiyalı diplomat onu da deyib ki, Su-24-ün pilotlarından birinin ölümündə günahkarlardan biri Türkiyə vətəndaşı Alparslan Çelikdir. "Bizim pilotumuzu vuran Alparslan Çelikdir. O, kameralar önünə çıxaraq özü bu barədə bəyan edib, hətta paraşütün bir hissəsini də göstərib. O, türkcə çox rahat danışırdı” – deyə diplomat bildirib.