ABŞ dövlət katibi Con Kerri Moskva səfərində Türkiyə ilə Rusiya arasında yaranmış gərginliyin aradan qaldırılması yollarını müzakirə edəcək. Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, bu barədə Ağ Evin sözçüsü Coş Ernest bəyan edib.
"Əminəm ki, bu, Kerrinin Moskvada müzakirə edəcəyi əsas mövzu olacaq” – deyə o bildirib. Ağ Ev sözçüsünün bildirdiyinə görə, "Rusiya tərəfi Türkiyəyə münasibətdə gərginliyi azaltmalıdır. Bunu mümkün edən əsas cəhət "İslam dövləti”nə qarşı mübarizədə koalisiya güclərinə inteqrasiya etməkdir”.
Qeyd edək ki, Vladimir Putinin mətbuat katibi həftənin ikinci günü Putinin ABŞ dövlət katibi Con Kerri və RF xarici işlər naziri Sergey Lavrovla bir araya gələcəyini bildirib.