Vəkil müvəkkilin səhhəti və saxlanma şəraiti ilə maraqlanıb: "Rəşad Məmmədovla görüşdüm və onun vəziyyəti ilə maraqlandım. Saxlanma şəraiti və səhhətindən heç bir şikayəti yoxdur. Vəziyyəti tam normaldır. Şikayəti yalnız barəsindəki həbs qərarının müddətinin uzadılmasındandır. Həmin qərardan da apelyasiya şikayəti vermişik. Ümid edirik ki, məhkəmə şikayəti təmin edəcək".
Qeyd edək ki, R.Məmmədov bu il mayın 12-də saxlanılıb və onun barəsində Səbail rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sonradan onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılıb.